Azərbaycan şirkəti 9200 km-dən çox uçuş məsafəsi olan və 118 tondan çox yükü daşıya bilən təyyarələr alır
Azərbaycanın yükdaşıyıcısı "Silk Way West Airlines" ABŞ-ın "Boeing" şirkəti ilə iki 777-8F yük təyyarəsinin alınması üçün müqavilə imzalayıb.
"Silk Way West Airlines"ın yaydığı məlumata görə, onların tədarükü 2029-2030-cu illərdə planlaşdırılır.
Razılaşmaya əsasən gələcəkdə eyni modeldən daha iki təyyarənin alınması nəzərdə tutulub.
Qeyd edilib ki, "Silk Way West Airlines" bütün Mərkəzi Asiya regionu üzrə ən yeni, ən güclü və qənaətcil ikimühərrikli yük təyyarəsini sifariş edən ilk şirkətdir. Təyyarə 9200 km-dən çox uçuş məsafəsi ilə 118 tondan çox yük daşıya bilir. Qabaqcıl texnologiya, yeni GE9X mühərrikləri və kompozit qanad dizaynı ilə "Boeing 777-8F" 30% daha çox yanacaq səmərəliliyi və emissiya səviyyəsi, həmçinin ton başına 25% aşağı əməliyyat xərcləri təklif edir. Nəticədə yeni təyyarələr aviaşirkətin davamlılıq məqsədlərinə mühüm töhfə verəcək.
"Bu sərmayə dünyanın 40 istiqamətinə xidmət göstərən "Silk Way West Airlines"a beynəlxalq şəbəkəsini daha da genişləndirməyə və yük daşımalarına artan tələbatı ödəməyə imkan verməklə yanaşı, həm də Bakını əsas beynəlxalq yükdaşıma mərkəzi kimi gücləndirəcək. Azərbaycanın paytaxtı Avropa və Qərbi Yarımkürəni Xəzər regionu vasitəsilə Asiya ilə birləşdirən Orta Dəhliz üçün getdikcə daha önəmli rol oynayır.
Hələ 2021-ci ilin aprelində yük aviaşirkəti beş "Boeing 777F" təyyarəsinin alınması üçün müqavilə imzalayaraq, donanmanın genişləndirilməsi üçün istiqamət təyin etdi. İndi yeni 777-8F təyyarələri "Silk Way West Airlines"ın donanma inkişaf planlarını tamamlayır, zəruri əməliyyat proseslərini təmin edir, onun uzunmüddətli davamlı inkişaf strategiyasını gücləndirir və Azərbaycan aviadaşıyıcısına müştəri xidmətlərini davamlı olaraq təkmilləşdirməyə imkan verir",- şirkətin məlumatında bildirilir.
"Silk Way Group"un prezidenti Zaur Axundov deyib: “Bugünkü müqavilə bizim bazarda lider olan Boeing yük təyyarələrinə davamlı investisiyamızı əks etdirir. Donanmanın yenilənməsi planlarımız əməliyyat xərclərimizi azaltmağa və yanacaq səmərəliliyini artırmağa, eləcə də regionumuzda hava daşımaları xidmətlərini daha davamlı etməyə kömək edəcək”.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" 12 müasir "Boeing 747-8F" və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci il tarixində "Boeing" aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 34 d. əvvəl
-
- 42 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)





.jpg)



.jpg)







