Azərbaycanda inflyasiya açıqlandı - BAHALAŞMA DAVAM EDİR
2022-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 15,6 faiz yüksəlib.
2022-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,2 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 21 faiz artıb.
Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, makaron məmulatlarının, peçenyenin, vaflinin, mal, qoyun və toyuq ətinin, təzə balığın, südün, yoqurtun, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, portağalın, bananın, pomidorun, kartofun, soğanın, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən almanın, naringinin, limonun, xiyarın, kələmin, balqabağın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,3 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 10,9 faiz artıb. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, boyaların, mebellərin, paltaryuyan maşınların, televizorların, kompüterlərin, xalçaların, sabunların, diş pastalarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 12 faiz yüksəlib. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, ayaqqabıların, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 11 saat əvvəl
-
11 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
11 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
12 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
12 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















