Azərbaycanın məşhur şirkəti yeni metal boru istehsalı xəttini işə salacaq
METAK şirkəti yeni metal boru zavodunu tikir.Azərbaycanın tikinti materialları bazarında son 25 il ərzində aparıcı rol oynayan “METAK” şirkəti elektrik qaynaqlı boru və profillərin istehsalı üzrə beşinci xəttini işə salacaqdır.
Şirkətdən Marja-az-a verilən məlumata görə, artıq bu məqsədlə Sumqayıt sənaye zonası ərazisində şirkətin yeni boru zavodunun tikintisinə başlanılmışdır:
"Bu, diametri 159-219 mm və divar qalınlığı 8 mm-ə qədər olan boru və profillərin, həmçinin en kəsiyi 100x100 mm-dən 200x100 mm-ə qədər profillərin istehsalı üzrə ölkədə ilk və yeganə, MDB məkanında isə mövcud olan bir neçə xəttdən biri olacaqdır. Beləliklə, şirkətin müştəriləri artıq böyük diametrli boruları və istənilən uzunluqda profilləri sifariş edə biləcəklər".
TƏDARÜK MÜDDƏTİ 3 AYDAN 1 HƏFTƏYƏ DÜŞƏCƏK
Məlumatda qeyd edilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin inkişafı və iqtisadi artım templəri şirkətin əsaslı şəkildə genişlənməsinə səbəb olmuşdur. Yeni istehsal xəttini işə salmaqla “METAK” bu cür məhsulların idxal həcminin azaldılmasına və alıcıların öz sifarişlərini gözləmə müddətinə ciddi təsir göstərə biləcəkdir:
"Əgər bundan əvvəl elektrik qaynaqlı boruların istehsalı və tədarükü üçün orta hesabla 3 ay vaxt tələb olunurdusa, yerli istehsal sayəsində bu müddət xeyli qısalacaqdır, yəni hazır xammalla tədarük müddətini 1 həftəyə qədər azaltmaq mümkün olacaqdır".
Həmçinin boru və profillərin “METAK”-ın yeni zavodunda istehsalı Azərbaycandakı alıcılara tədarük olunan məhsulların keyfiyyətinə nəzarət etmək imkanı verəcəkdir.
AVROPA İTTİFAQININ KEYFİYYƏT ŞƏHADƏTNAMƏSİNƏ LAYİQ GÖRÜLÜB
Bu ilin əvvəlində şirkət Avropa İttifaqının (Aİ) daha bir keyfiyyət şəhadətnaməsinə layiq görülmüşdür ki, bu da ona Azərbaycan məhsullarını Aİ ölkələrinə tədarük etməyə imkan verir.
"METAK” standartlara riayət etməklə yanaşı diametri 15-133 mm arasında dəyişən metal məmulatların, həmçinin divar qalınlığı 6 mm-ə qədər olan en kəsiyi 15x15 mm-dən 100x100 mm-ə qədər kvadrat və profil boruların yüksək keyfiyyəti ilə tanınır.
Zavodun tikintisi başa çatdıqdan və beşinci xətt quraşdırıldıqdan sonra müəssisənin istehsal etdiyi elektrik qaynaqlı boruların ümumi həcmi ildə 120 min ton təşkil edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 41 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)







