Sabahdan Bakıda yeni radio yayıma başlayır
Azərbaycan Respublikasının Audiovizual Şurasının ümumölkə yerüstü radio yayımı üçün elan etdiyi müsabiqənin qalibi olmuş Yurd FM radiosu, 18 noyabr 2022-ci il səhər saat 8-dən Bakı şəhərində yayıma başlayır.
Radiodan verilən xəbərə görə, yayımı eyni zamanda dünyanın istənilən ölkəsində internet üzərindən www.yurdfm.az saytına daxil olmaqla dinləmək mümkün olacaq.
Yeni radio Bakı və Abşeronda 90.7 FM tezliyində fasiləsiz olaraq 24 saat yayımlanacaq.
2023-cü ilin birinci yarısından etibarən radio Azərbaycanın bölgələrində də yayıma başlamağı planlaşdırılır.
Yurd FM radiosu, Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisi formatında fəaliyyət göstərəcək.
Bu əsərlər həm Azərbaycan musiqisi korifeylərinin, həm də müasir sənətkarların ifasında dinləyici auditoriyasına təqdim olunacaq.
Radionun əsas məqsədi Azərbaycan xalq musiqi janrlarının gənc nəsil tərəfindən dinlənilməsi və sevilməsi işinə tövhə vermək, müasir xalq musiqisi ifaçılarının yaradıcılığını radio efirində geniş təbliğ etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
37 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























