Milli Məclisin komitə sədrləri AZAL-ı tənqid etdilər - "İnhisarçı şirkət vətəndaşlara ağır maliyyə yüküdür"

“Azərbaycan vətəndaşının xaricə çıxışının yeganə nəqliyyat vasitəsi olan AZAL-ın biletlərinin qiyməti nəinki inhisarçı şirkətin vətəndaşlara ağır maliyyə yüküdür, eləcə də Hesablama Palatasının apardığı son auditdən göründüyü kimi, şirkətin borcu dövlətin iqtisadi təhlükəsizliyini təhdid edir”.
Bunu bu gün Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, müasir hava limanı, son sinif təyyarələr, yanacaq və təchizatı hökumət tərəfindən təmin olunan şirkətin vəziyyətinə diqqət yetirmək lazımdır:
“Auditdə yazılıb ki, kovidlə bağlı dövlətin göstərdiyi yardımın 35,3 milyon manatı əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli, lüzumsuz ödənişlər və cərimələr, qabaqcadan təsdiqlənən bölgüyə aid olmayan istiqamətlərə xərclənib. Bank kreditləri və digər borclanmalar 2022-ci il yanvarın 1-nə 2,1 milyard təşkil edir və nəinki likvidliyə, eləcə də dövlət büdcəsinə əsaslı təhdiddir. Beləliklə, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə -Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur. Ona görə də Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZALa vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırkı idarəçilik modeli dəyişməlidir”.
Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da AZAL-la bağlı tənqidlərinə qoşulduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə məsələlərə daha ciddi nəzarət təmin olunmalıdır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
2 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
4 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
5 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
5 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
