Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu ilin 10 ayı ərzində Orta dəhlizlə konteynerlə yükdaşımalar 45 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu ilin 10 ayı ərzində Orta dəhlizlə konteynerlə yükdaşımalar 45 faiz artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin İstanbul şəhərində keçirilən 17-ci “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisi çərçivəsində “Orta Dəhlizin İnkişafı: Tranzit və Nəqliyyat Əməkdaşlığı”  üzrə panel sessiyası təşkil edilib.  "Yeni imkanlar üfüqündə” mövzusunda təşkil edilən toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun keçdiyi ölkələrin dəmir yolu idarələrinin nümayəndələri iştirak ediblər. 

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvlərindən biri olan  “ADY Konteyner” MMC -nin direktoru Natiq Cəfərov Orta dəhlizlə daşımaların dinamikasını əks etdirən təqdimatla çıxış edib.

Bildirilib ki, bu ilin 10 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 fazi artıb.  Yeni geosiyasi vəziyyətdə ölkəmizin Çin-Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunun artdığı, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrildiyi diqqətə çatdırılıb. 

Marşrutun imkanlarının genişləndirilməsi müzakirə edilib. Çin-Avropa-Çin marşrutunun Xəzər dənizindən keçən hissəsində nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə təşkil edilən fider xidmətlərinin önəmi vurğulanıb. 

18.11.2022 17:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18