AZƏRTAC-la bağlı cinayət işi başlanılıb?
Sosial şəbəkələrdə və bir sıra KİV-lərdə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işi başladıldığına dair iddialar yayılıb.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən soruğusuna cavab olaraq bildirilib ki, iddialar həqiqəti əks etdirmir.
Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov 2 gün öncə vəzifəsindən azad olunub. Daha sonra bir sıra media qurumlarında onun korrupsiya əməllərinə görə işdən çıxarıldığına dair iddialar yayılıb.
71 yaşlı A.Aslanov 2002-ci ildən AZƏRTAC-ın baş direktoru, 2018-ci ildən isə İdarə Heyətinin sədri idi.
"AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsinin icrası hələ heç kimə həvalə edilməyib"
“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsinin icrası hələ heç kimə həvalə edilməyib”.
Bunu açıqlamasında AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov deyib.
O bildirib ki, Agentliyin İdarə Heyətinin 5 üzvü var: “Onun biri Aslan Aslanov idi. Qalan 4 nəfərə də sədr səlahiyyətlərinin icrası barədə məlumat verilməyib. Hazırda agentlikdə işin icrasına gəlincə, tapşırıqları hərə öz sahəsi üzrə verir. Məsələn, Azərbaycan dilində olan informasiyalarla bağlı tapşırıqları mən və ya baş redaktor veririk. Rus dilində olan xəbərlərlə bağlı rus dili redaksiyasının baş redaktoru verir”.
Qeyd edək ki, noyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Əhməd oğlu Aslanovun vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Qafqazinfo", “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























