Kabel telekanallarında Dünya Çempionatının yayımının dayandırılmasına aydınlıq gətirilib
Bəzi sosial şəbəkələrdə Qətərdə Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman Azərbaycanda kabel telekanallarının çempionatla bağlı yayımının dayandırıldığı bildirilir və qeyd olunur ki, oyunlar başlayan zaman həmin telekanallar əvəzinə, İctimai TV yayımlanmağa başlayır.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyi (EBU) ilə imzaladığı müqaviləyə görə, bu il 20 noyabr tarixindən Qətərdə başlayan Futbol üzrə Dünya Çempionatının (2022 FIFA World Cup) bütün oyunlarının Azərbaycan ərazisində müstəsna yayım hüququ yalnız İctimai TV və İctimai Radioya məxsusdur.
Qeyd edilib ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Audiovizual Şurası, bütün yerli telekanallar, Kabel televiziyaları və IPTV-lər rəsmən məlumatlandırılıb: "Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman TRT və Matç TV-nin Azərbaycanda yayımının dayandırılması çox güman ki, həmin telekanalların bu oyunları ölkəmizdə yayım hüququnun olmaması ilə bağlıdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
Azərbaycanın enerji tikinti şirkəti investisiyanın cəlb olunması məqsədilə əlavə səhmlər buraxır
-
3 saat əvvəl
Rabitəbank ABŞ-nin "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib
-
3 saat əvvəl
Nazirlər Kabineti dəmiryol nəqliyyatı təyinatlı torpaqlar ilə bağlı qərar qəbul edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Borcların yığılması üzrə xidmətlər göstərən şirkətin qazancı kəskin artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Azenco” ASC-nin ümumi yığıncağı keçirilib, 1-ci müavin vəzifəsində dəyişlik olub
-
6 saat əvvəl
Bazarda ciddi nöqsanlar aşkarlanıb, məhdudlaşdırıcı qərar qəbul edilib
- 6 saat əvvəl
- 6 saat əvvəl