Yay istirahətinə gedərkən evdəki pullarınızı Beynəlxalq Bankda saxlayın!
Azərbaycan Beynəlxalq Bankı müştəriləri yay istirahətinə gedərkən evdəki pulları, qiymətli əşyaları, mühüm sənədləri harada saxlamaq qayğısından azad edir.
Bankın yeni “1+1” kampaniyasından faydalanacaq müştərilər tətil vaxtı bütün bunları Azərbaycan Beynəlxalq Bankına rahatlıqla etibar edə biləcəklər. Kampaniya dövründə bankdan 1 ay müddətinə depozit seyfi icarəyə götürən hər bir müştəriyə seyfin növbəti bir aylıq icarəsi hədiyyə ediləcək. Kampaniya 5 iyul – 4 avqust müddətində keçərlidir.
Müxtəlif ölçülü depozit seyflərini bankın Baş ofisində, eləcə də Bakı və Gəncədəki filiallarında icarəyə götürmək olar. Sözügedən depozit seyfləri ən etibarlı mühafizə sisteminə malik seyflərdir. Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə avtomatlaşdırılmış depozit seyfləri sistemini tətbiq edən ilk bankdır.
Seyflərin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir. Depozit seyflərinin icarə haqqı 1 aylıq 20 AZN-dən başlayır və seyfin ölçüsündən asılı olaraq dəyişir. Ətraflı:https://www.ibar.az/az/service-network/deposit-box/
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat sonra
-
-
50 d. əvvəl
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb
-
1 saat əvvəl
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
-
1 saat əvvəl
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri “Bank of New York Mellon”un rəsmiləri ilə görüşüb
-
3 saat əvvəl
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib
"BakuBus" tezliklə Naxçıvan şəhərində fəaliyyətə başlayacaq
bp-yə yeni vitse-prezident təyin olundu
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib






















