Dövlət Neft Fondunun səhmlərə investisiyalarında mənfi 17% gəlirlilik müşahidə edilib
"Son onilliklərin ən yüksək inflyasiya göstəriciləri, mərkəzi bankların sərt pul siyasəti, Rusiya-Ukrayna münaqişəsi, Covid-19 virusunun yenidən yayılma təhlükəsi, qlobal iqtisadiyyatın artım sürətinin aşağı düşməsi səhm bazarlarına da öz neqativ təsirlərini göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun səhm alt portfelində 2022-ci ilin 9 ayında mənfi 17% gəlirlilik müşahidə edilmiş, növbəti ildə isə nisbətən nikbin proqnozlar gözlənilməklə təqribən bu portfel üzrə gəlirliliyin 3-4% ətrafında olması gözlənilməkdədir".
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Rəyində bildirilir.
Eyni zamanda qeyd edilib ki, cari ildə investisiya portfelinin tərkibində xüsusi çəkisi 0,2% olan "VTB" şirkətinin səhmləri üzrə gəlirlilik mənfi 69,0% olmuşdur.
2022-ci ilin 30 sentyabr tarixinə Fondun səhm alt portfeli təxminən 8 milyard 500,3 milyon ABŞ dolları təşkil etmişdir. Bu alt portfelə “MSCI World” və “MSCI Europe ex UK” indekslərinə daxil olan şirkətlərin səhmlərinə, eləcə də Rusiya Federasiyasının aparıcı banklarından biri olan VTB bankının səhmlərinə, habelə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən idarə olunan “ALAC” (Afrika, Latın Amerikası, Karib hövzəsi ölkələri), “Katalist” və “Global İnfrastruktur” özəl səhm fondlarına, eləcə də fərqli mandat üzrə “Neuberger Berman” şirkətinin idarəetməsində olan özəl səhm fonduna, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən idarə olunan “EPF”, “Blackstone” şirkəti tərəfindən idarə olunan “Blackstone Core Equity Partners”, “Fondo Strategico Italiano” tərəfindən idarə olunan “FSI Fund I” “BC Partners” şirkəti tərəfindən idarə olunan “BC European Capital Partners X” və “BC European Capital Partners XI” , “Carlyle Group” şirkəti tərəfindən idarə olunan “Carlyle Europe V”, “Carlyle Partners VII” və “Carlyle Europe Technology Partners V”, “Vista Equity Partners” şirkəti tərəfindən idarə olunan “Vista Equity Partners VII” və “Vista Equity Partners VIII”, “Thoma Bravo” şirkəti tərəfindən idarə olunan “Thoma Bravo Fund XIII”, “Thoma Bravo Fund XV” və “Thoma Bravo Fund Explorer”, “Apollo Global Management” şirkəti tərəfindən idarə olunan “Apollo Fund IX” və “Apollo Fund X”, “Warburg Pincus LLC” şirkəti tərəfindən idarə olunan “Warburg Pincus Global Growth Fund”, “Baring” şirkəti tərəfindən idarə olunan “Baring Private Equity Asia Fund VII” və “Baring Private Equity Asia Fund VIII”, “PAG” şirkəti tərəfindən idarə olunan “PAG Asia Capital III”, “Neuberger Berman” şirkətinin idarəetməsində olan “Dyal Capital Partners IV” və “Dyal Capital Partners V”, “Cinven” şirkətinin idarəetməsində olan “Cinven Fund VII” və “Cinven Fund VIII”, “Leonard Green & Partners (LGP)” şirkəti tərəfindən idarə olunan “Green Equity Investors VIII (GEI VIII)” və “Green Equity Investors VIII (GEI VIII)”, “Brookfield” şirkəti tərəfindən idarə olunan “Brookfield Infrastructure Fund IV” və “Brookfield Infrastructure Fund V”, “ARES Management” şirkəti tərəfindən idarə olunan “Ares Corporate Opportunities Fund VI”, “CVC Capital Partners” tərəfindən idarə olunan “CVC Capital Partners VIII”, “KKR & Co. Inc” tərəfindən idarə edilən “KKR Asia IV” və “KKR North America XIII”, “Vitruvian Partners” tərəfindən idarə olunan “Vitruvian Investment Partnership IV”, “Fransisco Partners” tərəfindən idarə olunan “Fransisco Partners VII” fondlarına və “Azerbaijan Rigs” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan investisiyalar daxil olmuşdur. Qeyd edilənlərlə yanaşı Fondun “Ares Management”, “BC Partners”, “KKR & Co. Inc”, “Apollo Global Management”, “Vista Equity Partners” və “Cinven” şirkətləri ilə birlikdə 7 müştərək investisiyası da portfelə daxil edilmişdir.
AVRONUN UCUZLAŞMASI 1,2 MİLYARD DOLLARDAN ÇOX XƏRC YARADIB
Dövlət Neft Fondunun hesabat tarixinə büdcədənkənar xərcləri 2 milyard 461,8 milyon ABŞ dolları, o cümlədən qızıl üzrə 447,8 milyon ABŞ dolları, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə isə 2 milyard 14,0 ABŞ dolları təşkil etmişdir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə mənfi gəlirlilikdə əsas pay avro (1 milyard 242,5 milyon ABŞ dolları), funt-sterlinq (418,7 milyon ABŞ dolları) və yapin yeni (118,7 milyon ABŞ dolları) portfelləri üzrə olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
12 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
14 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl