Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Ağsu Aqropark" qazanılan uğurları inkişaf etdirmək əzmindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ağsu Aqropark" qazanılan uğurları inkişaf etdirmək əzmindədir

(©) Dünyada bu gün həlli vacib məsələlərdən biri ərzaq təhlükəsizliyinin təminatını artırmaq üçün əkin sahələrini genişləndirmək və istehsalın həcmini yüksəltməkdir. Çünki BMT-nin rəsmi məlumatına əsasən, dünyada sağlam qidaya sahib olmayan 3,1 milyard və aclıqla mübarizə aparan 828 milyon insan var. Bu səbəbdən də aclığa və qida çatışmazlığına son qoymaq üçün inkişaf etməmiş, aqrar ölkələrdə məqsədyönlü işlər görülməlidir. Respublika Prezidenti İlham Əliyevin Sərəncam və fərmanları ilə bu problemlərin həlli üçün qəbul olunan Dövlət proqramları və ona uyğun olaraq həyata keçirilən məqsədyönlü işlər gələcəyə nikbin baxmağımıza əsaslı zəmin yaradır.

Milli iqtisadiyyatımızın dinamik inkişafının təmin olunması məqsədilə respublikamızda yaradılan aqroparklar ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin, emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Belə ki, bu aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının genişlənməsində önəmli rol oynayır.

Respublikamızda 32 rayon üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə emal sənayesi üzrə ixtisaslaşaraq fəaliyyət göstərir. İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. İnvestisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə nəzərdə tutulan 43,7 milyon manat dəyərində güzəştlər edilib. 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı, dövlət vəsaiti hesabına aqroparklar üçün infrastruktur təminatı yaradılır.

2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyətə başlayan "Ağsu Aqropark" QSC ümumi ərazisi 1843 hektar olmaqla layihə dəyəri 18 milyon manatdır. Yerli mütəxəssislərə önəm verən cəmiyyət əhalinin məşğulluğunun təmin edilməsini mühüm bir vəzifə kimi öz üzərinə götürərək var qüvvəsi ilə çalışır. Cəmiyyətdə 200-dən yuxarı daimi işçi çalışır, mövsümdən asılı olaraq isə əlavə 250-270 nəfər işlə təmin olunur.

"Ağsu Aqropark" QSC-nin baş direktoru Atababa İsayev görülən işlər barədə danışaraq qeyd etdi ki, ilkin olaraq müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər gördük. Ümumilikdə 34 kilometr uzunluğunda yeni yol çəkilib, mövcud yollar yenidən qurulub. Aqroparkın elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Ərəbmehdibəy kəndi ərazisində 1 elektrik stansiyası, 2 ədəd 630 kilovoltluq, 1 ədəd 100 kilovoltluq, 1 ədəd 35 kilovoltluq, ümumilikdə isə 7 ədəd transformator məntəqəsi quraşdırılıb. Bununla yanaşı, 45,4 kilometrlik elektrik xətti çəkilib, rabitə, ÖİN kabelləri yenilənib, işıqlandırma işləri görülüb. Həmçinin, Girdimançay üzərində müasir körpü tikilərək istifadəyə verilib, müəssisənin qazla təmin olunması məqsədilə 33 kilometr uzunluğunda qaz quraşdırılıb.

Aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri də heyvandarlıqdır. Burada ümumilikdə 2200 baş iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur. Əsasən qeyri-münbit torpaqlarda yerləşən cəmiyyətin ərazisi sonradan münbitləşdirilib. Torpağın münbitliyinin artırılması məqsədilə də orqanik və mineral gübrələrdən istifadə edilir. Torpağın üst qatında lazer səviyyələndirmə texnikası ilə hamarlama işləri aparılıb, drenaj kanalları çəkilərək şoranlıq problemi həll edilib, nəticədə 1800 hektardan artıq torpaq sahəsi əkin üçün yararlı hala gətirilib. Artıq bir neçə ildir ki, həmin ərazidə yüksək məhsuldarlığı olan qarğıdalı, arpa, buğda, noxud, həmçinin yonca, vələmir kimi yem bitkiləri əkilir və yüksək məhsuldarlıq götürülür.

Qeyd olundu ki, Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində ölkəmizdə aparılan geniş islahatlar çərçivəsində həyata keçirilən Dövlət proqramları, xüsusən də kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımlar bizim üçün böyük motivasiya mənbəyidir. Qazanılan uğurları dövlət başçısının aqrar sahənin inkişafı üçün göstərdiyi dəstəyin və qayğının nəticəsi hesab etməklə fəaliyyətimizi daim genişləndirməyə çalışırıq.

Aqroparkın əsas fəaliyyət istiqamətləri çərçivəsində 1800 hektar sahədə müasir, yüksək məhsuldarlığı olan qarğıdalı, arpa, buğda, yonca kimi yem bitkiləri əkilmişdir. Bununla yanaşı, 600 baş sağmal heyvan olmaqla, illik süd istehsalı 4 milyon litr nəzərdə tutulmuşdur. Mal ətinə olan tələbatın ödənilməsi məqsədilə 1200 baş iribuynuzlu heyvan yetişdirilməsi cəmiyyətin fəaliyyət istiqamətlərinin tərkib hissələrindən biridir.

Yem istehsalında istehsal gücü saatda 10 ton olan, müasir avadanlıqların quraşdırıldığı yem zavodu qurularaq istifadəyə verilmişdir. Bununla yanaşı, cəmiyyətin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. Belə ki, istehsal gücü saatda 5 ton olan toxumtəmizləmə bölümündə yerli və xarici toxumlar müxtəlif mərhələlərdən keçirilərək təmizlənir, paketlənir və müştərilərin istifadəsinə təqdim edilir.

"Ağsu Aqropark" olaraq yüksəkkeyfiyyətli toxumların istehsalında son illərdə əldə etdiyimiz uğurlu nəticələr Dövlət proqramlarına düzgün əməl etməyimizin bariz göstəricisidir. Belə ki, keçən il üçün satışa çıxarılan toxumların miqdarı 1700 ton, cari il üçün isə 2600 ton nəzərdə tutulub.

Respublika Prezidenti İlham Əliyevin bu ilin avqust ayının 12-də "Ağsu Aqropark" QSC-yə səfəri çərçivəsində dövlət başçısına cəmiyyətin fəaliyyət istiqamətləri, qazanılan uğurlar və perspektiv layihələr haqqında ətraflı və geniş məlumat verildi.

Qeyd olundu ki, Prezident İlham Əliyevin cəmiyyətimizin fəaliyyəti ilə tanış olması, dəyərli tövsiyə və tapşırıqlarını verməsi kollektivimizin ruh yüksəkliyini yüksəltməklə yanaşı, məsuliyyətimizi daha da yüksəldib. Dövlət başçısının ərzaqlıq buğda ilə bağlı fikirləri və tapşırıqları kollektivimizin hər bir üzvü tərəfindən yüksək həssaslıqla qarşılanır və müvafiq zəruri addımların atılmasını labüd edir.

Əkin üçün yararlı olan 800 hektarlıq sahədə yüksək texnoloji standartlara cavab verən müasir pivot suvarma sistemləri tətbiq olunur. Yaxın gələcəkdə ərzaqlıq buğda istehsalı ilə bağlı Kürdəmir rayonunun ərazisində yerləşən sahələrimizdə, su təchizatının təminatı mümkün olduğu təqdirdə, 600 hektarlıq yeni ərazilərdə suvarma sistemlərinin qurulması qarşımızda duran əsas prioritet hədəflərimizdən biridir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli Fərmanının icrası ilə bağlı Baş nazir Əli Əsədovun sədrliyi ilə sentyabrın 12-də Ağsu rayonunda keçirilən işçi müşavirədə müvafiq dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərləri iştirak edərək mövcud problemləri və qarşıda duran vəzifələri müzakirə etdilər. Müşavirədə çıxış edən cəmiyyətin baş direktoru Atababa İsayev cənab Prezidentin aqrar sahəyə ayırdığı diqqətdən məmnunluğunu ifadə edərək cəmiyyətin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verdi və ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəliklərin layiqincə yerinə yetiriləcəyini ifadə etdi. Dünyanı narahat edən ərzaq təhlükəsizliyi ilə bağlı qlobal məsələlər, o cümlədən ölkəmizdə ərzaqlıq buğda istehsalında mövcud problemləri aradan qaldırmaq üçün Fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparıldı və təsərrüfat rəhbərlərinin təklifləri və xahişləri dinlənildi.

Müşavirədə hökumətin ərzaqlıq buğda istehsalçılarına dəstək verəcəyi, məhsulun keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, müasir texnologiyaya üstünlük verilməsi və mövcud problemlərin aradan qaldırılması üçün müvafiq köməkliyin göstəriləcəyi bildirilib. Müşavirə iştirakçıları "Ağsu Aqropark" QSC-nin ərazisini gəzərək fəaliyyəti ilə əyani tanış oldular.

Eyni zamanda, ölkəmizdə səfərdə olan Avropa Parlamentinin nümayəndə heyətinin üzvləri bu il sentyabrın 21-də "Ağsu Aqropark"ı ziyarət edərək cəmiyyətin fəaliyyət istiqamətləri və iş şəraiti ilə ətraflı tanış olaraq qazanılan uğurlar və gələcək layihələri haqqında məlumatdan son dərəcə məmnun qaldıqlarını bildiriblər.

Ağsu Aqropark Atababa İsayev aqropark heyvandarlıq əkinçilik südlük ətlik yem zavod toxumlar
29.11.2022 23:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ