Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dövlət şirkəti karqo xidmətini istifadəyə verdi - Rayonlara çatdırılmada əlavə ödəniş tələb olunmur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət şirkəti karqo xidmətini istifadəyə verdi - Rayonlara çatdırılmada əlavə ödəniş tələb olunmur

Bu günədək universal poçt xidmətləri göstərən “Azərpoçt” MMC klassik biznes profilini genişləndirərək karqo xidmətini istifadəyə verib.

Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, vətəndaşların tələbatına əsasən yaradılmış “Post Cargo” xidməti ilə Türkiyənin elektron ticarət platformalarından sifarişlərin ünvana çatdırılması indi daha sərfəli tariflərlə mümkün olacaq.

Reklam_3_11

1500-dək şöbəsi ilə bütün ölkəni əhatə edən “Azərpoçt”un yeni xidməti sayəsində artıq ən ucqar kənd və qəsəbələrin sakinləri də Türkiyənin onlayn alış-veriş saytlarından məhsulları rahat əldə edə biləcəklər. Belə ki, “Post Cargo” istifadəçilərindən sifarişlərin rayonlara çatdırılması üçün əlavə ödəniş tələb olunmur.

Müştərilərin rahat alış-veriş etmələri üçün “Post Cargo” xidmətinin mobil tətbiqi də istifadəyə verilib.

Qeyd edək ki, “Azərpoçt”un yeni xidməti ilə yaxın zamanda Amerika Birləşmiş Ştatları, Almaniya və digər ölkələrin elektron ticarət platformalarından da alış-veriş mümkün olacaq.

Maraqlananlar ətraflı məlumat üçün xidmətin https://www.postcargo.az veb-səhifəsinə daxil ola, mobil cihazlar üçün tətbiqi isə “Apple Store” və “Play Store”dan “postcargo” adı ilə axtarış edərək yükləyə bilərlər. 

Vurğulanıb  ki, “Azərpoçt” biznes mühitində rəqabətliliyin inkişafı üçün bütün ölkəni əhatə edən poçt şəbəkəsindən digər sahibkarların da faydalanması üçün şərait yaradır. Qurum artıq uzun müddətdir ki, 5 karqo şirkəti ilə əməkdaşlıq edir və bunu davam etdirməyi planlaşdırır. 

Post Cargo karqo xidməti
29.11.2022 15:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ