Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azercell və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir   

Yeni əməkdaşlıq müqaviləsi çərçivəsində ölkənin lider mobil operatoru və ADA Universiteti dayanıqlı İnformasiya və Kommunikasiya texnologiyaları ekosisteminin yaradılmasına töhfə verməyə davam edəcəklər
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir   

Dekabr ayının 2-i ADA Universitetində baş tutan tədbirdə hər iki təşkilatın nümayəndələri ali təhsil müəssisələri ilə biznes arasında tərəfdaşlığın vacibliyini vurğuladı və bu cür əməkdaşlıqların geniş əhatə dairəsini müzakirə etdi.

Qeyd edək ki, 10 il davam edən əməkdaşlıq çərçivəsində, Azercell ADA Universitetində informasiya texnologiyaları və mühəndislik sahələri üzrə bakalavr təhsili alan tələbələr üçün təqaüdlər ayırıb, təlimlər təşkil edib və şirkətdə təcrübə keçmək imkanı yaradıb. Bununla yanaşı, Azercell ADA Universitetinin İKT və sahibkarlıq sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində təşkil etdiyi layihələrə də öz dəstəyini göstərib.   

Reklam_3_11

ADA Universiteti ilə növbəti əməkdaşlıq müqaviləsinə imza atan Azercell, Azərbaycanda yeni İKT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib. Həmçinin mobil operator universitet nəzdində İT həllərinin hazırlanması və texnoloji araşdırılmaların aparılması üçün lazımi şərtlərin yaradılmasına da köməklik göstərəcək.

Təhsilin tərəqqi və innovasiyanın əsas qayəsi olduğunu diqqət mərkəzində saxlayan Azercell bu istiqamətdə görülən işlərə dəstək olmağa davam edəcək. 

03.12.2022 17:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ