Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Komatsu Rusiyadakı fəaliyyətini tamamilə dayandırmaq fikrində deyil

iç səhifə xəbər başlığı altı (mobil)_31
Komatsu Rusiyadakı fəaliyyətini tamamilə dayandırmaq fikrində deyil
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiyanın tikinti və dağ-mədən avadanlıqları istehsalçısı Komatsu Rusiyadakı fəaliyyətini tamamilə dayandırmaq niyyətində deyil.

Bu barədə Reuters şirkətin baş direktoru Hiroyuki Oqavaya istinadən xəbər verir.

Reklam_3_11

"Bəlkə də vaxt gələcək ki, biz öz aktivlərimizi Rusiyadan çıxarıb-çıxarmamağa qərar verməli olacağıq. Amma hazırda bu məsələyə baxmırıq", - agentlik şirkətin baş direktorunun sözlərini sitat gətirir.

Rusiya fevralın 24-də Ukraynaya hücum etdikdən sonra Komatsu Rusiyaya tədarükləri, eləcə də yerli istehsalı dayandırıb, lakin yenə də artıq ölkədə olan texnikalara servis xidmət təklif edir.

2022-ci ilin mart ayının sonuna kimi Rusiya və digər MDB ölkələrindəki satışlar Komatsu-nun ağır texnikası satışlarının 7%-ni təşkil edib.

Komatsu tikinti və yol avadanlıqlarının satışında dünyada ikinci, Asiyada isə birinci yerdə olan Yaponiya şirkətidir.

Komatsu ağır texnika tikinti və yol avadanlıqları
05.12.2022 15:25

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ