Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Bank”ın “Rəqəmsal Zirvələr 2022” konfransına 400-dən çox iştirakçı qatılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank”ın “Rəqəmsal Zirvələr 2022” konfransına 400-dən çox iştirakçı qatılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın təşkilatçılığı ilə müasir sənaye istiqamətlərinin əhatə edildiyi “Rəqəmsal Zirvələr 2022” konfransı başa çatıb.

7-10 dekabr tarixlərində keçirilən konfransda biznes və innovasiyalar, “DevOps”, kibertəhlükəsizlik, data və dizayn istiqamətləri əhatə olunub. Bankın əməkdaşları və yerli peşəkarlarla yanaşı həm də beynəlxalq təcrübəli mütəxəssislər də tədbirin spikerləri sırasında yer alıb.

Ümumilikdə 400-dən çox iştirakçının qatıldığı konfransı canlı yayım üzərindən də izləmək imkanı yaradılıb.

Tədbirin ilk günündə iştirakçıları salamlayan “PAŞA Bank”ın idarə heyəti üzvü Calal Orucov yeni çağırışların öhdəsindən gələcək peşəkarlar icmasının qurulmasının önəmini vurğulayıb: “Bu mövqedən də çıxış edərək konfrans boyunca texnoloji dövrün trendlərinə dair praktiki tövsiyələri paylaşmağı və məlumatlılığı artırmağı hədəfləyirik”.

Xatırladaq ki, “Rəqəmsal Zirvələr” konfransı 2021-ci ildən etibarən keçirilir. Tədbirin əsas məqsədi ən müasir sənaye sahələri və onların gətirdiyi çağırışlara dair məlumatlılığı artırmaq, iştirakçıları imkanları və təhdidləri düzgün dəyərləndirməyə və peşəkar aləmdə yeni zirvələri fəth etməyə ruhlandırmaqdır.

Rəqəmsal Zirvələr 2022
13.12.2022 15:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ