Azərbaycan əhalisinin gəlirlərinin qiymətlərdən sürətli artdığı bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan əhalisinin gəlirlərinin qiymətlərdən sürətli artdığı bildirilir

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 62 milyard 233,9 milyon manat təşkil edib.

Marja.az Komitəyə istinadən xəbər verir ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6 min 182,2 manatlıq gəlir düşmüşdür.

Reklam_3_11

Əhalinin sərəncamında qalan gəlirləri 55 milyard 761,6 milyon manat təşkil etmişdir.

2021-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirləri 51 milyard 630,9 milyon manat təşkil etmiş, hər nəfərinə orta hesabla 5 min 154,8 manat düşmüşdü.

Dövlət Statistika Komitəsinin digər bir məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 13,8 faiz artıb.Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin noyabr ayına nisbətən 15,1 faiz yüksəlib. 

Beləliklə, ölkə əhalisinin gəlirlərinin qiymətlərdən 6,7 faiz bəndi daha çox artdığı bildirilir. 

Bazarlarda qiymətlərin Dövlət Statistika Komitəsinin rəqəmlərindən daha çox artdığı hiss olunur. Son bir ildə bir çox məhsullarda qiymət artımı 50-100% aralığındadır. 

15.12.2022 07:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ