Dövlət Xidməti bu şirkətlər ilə əlaqədar Baş Prokurorluğa müraciət etdi - SİYAHI
Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Xidmətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Belə ki, “Alfa 99 Corp” MMC, “Alov Mühafizə” MMC-nin 10 saylı filialı, "Ağ Naftalan" MMC, “Archimed” MMC, “Azbiodinamika” MMC, “Azərenerji Təchizat” MMC, "Braenso Line" MMC, “Buta Service Group” MMC, “CFR 22 Corp” MMC, “Echo Moon LT” MMC, “EF Print Reklam Mətbəə Poliqrafiya” MMC, “Gold Planet LT” MMC, “Kaspian Standart” MMC, “Qlobus AZXX Kompany” MMC, “Qlobal 18 Corp” MMC, “LM Holdinq-L” MMC, “Mahdi Nema” MMC, “Marz” MMC, “Montela ABC” MMC, “Orlondo 22 Corp” MMC, “Rəbunə” MMC, “Star - 08 LT” MMC, “Şəhriyar Təmir Tikinti” MMC, "T-Delta Group LT" MMC, “Texnomaks” MMC, “Vətən-N Mühafizə Xidməti MMC”-nin 8 saylı filialı, “Vesta Group” MMC, “Zırfe TIM Corp” MMC tərəfindən bəzi dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair ilkin dəlillər aşkarlanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 25 d. əvvəl
- 54 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


























