Qarabağdakı "Qızılbulaq" və "Dəmirli" yataqlarının qanunsuz istismarı dayandırıldı
Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti fəaliyyətini dayandırdığını açıqlayıb.
Şirkətin yaydığı məlumatda azərbaycanlı ekoaktivistlərin Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə əlaqədar şirkət rəhbərliyinin mədən fəaliyyətlərini müvəqqəti dayandırdığı və ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldiyi bildirilib.
Qeyd olunub ki, BMT-nin müvafiq strukturlarına və digər aidiyyəti təşkilatlara qısa müddətdə ekspertizanın təşkil edilməsi üçün müraciət edilib.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirən “Base Metals” şirkəti ermənilərin “Vallex Group” konqlomeratının törəməsidir və Xankəndidəki qondarma “hökumətin” əsas “vergi” ödəyicilərindən biridir. Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” şirkəti 2002-ci ildən Heyvalı kəndi yaxınlığındakı "Qızılbulaq" mis-qızıl və "Dəmirli" yatağının qanunsuz istismarını həyata keçirib.
“Vallex Group”a isə Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın şəxsən “vətənə xidmətə görə” medalı ilə mükafatlandırdığı Rusiya vətəndaşı olan erməni biznesmen Valeri Mezhlumyan sədrlik edir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















