Şabran otelinin dizaynlarını bu şirkət hazırlayıb
Şabran rayonunun Pirəbədil kəndində yerləşən 12,6 hektar sahədə inşa olunan “Şabran İstirahət Kompleksi”nin dizayn işləri yerli bazarda B2B və B2C istiqamətlərində müştərilərə 37-dən çox xidmət təklif edən Marcom Marketinq və Kommunikasiyalar şirkəti tərəfindən həyata keçirilmişdir.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin Marja.az-a verdiyi məlumata görə, Şabran oteli və onun daxili məkanları üçün adlandırma, brendinq və veb platformasının hazırlanmasına bütün komanda səfərbər olmuşdur.
“Şabran otelinin konsepti yerli bazarda fəaliyyət göstərən digər otellərdən fərqləndiyi üçün məsələ daha dərin və fəlsəfi yanaşma tələb edirdi. Sifarişçi tərəfin tələblərinə cavab verən iş ortaya qoymaq üçün neyminq və brendinq üzrə komandanın bir hissəsi ilə həmin əraziyə səfər etməli olduq. Orada yaşayan yerli əhali və otelin dizaynını hazırlayan komanda ilə kommunikasiyada olmaq ilk cızma-qaralarımızı formalaşdırmağa imkan verdi. Ümumilikdə Basqal Resort & Spa və Şabran İstirahət Kompleksi üzrə işlərin gedişatını müsbət dəyərləndiririk. Daha yaxşı iş ortaya qoymaq üçün bizə göstərilən dəstək və sifarişçi komandanın peşəkarlığını yüksək qiymətləndiririk. İşimizin nəticəsi olaraq Sifarişçi tərəfə təqdim etdiyimiz 50-dən çox adlar arasında “Rübai”, “Ahəng”, “Ocaq” restoranları, “Misra Lobby Lounge”, “Badə Lounge Bar”, “Aura Cafe”, müxtəlif əyləncə və oyun otaqları adlar, o cümlədən işgüzar görüşlər, konfranslar və xüsusi tədbirlər üçün “Bayatı” və “Şiraz" adları bəyənildi. Seçilmiş hər bir ad üçün brendinq işi görüldü”.
Qeyd edək ki, Şabran İstirahət Kompleksi ilə yanaşı, "Basqal Resort & SPA" otelinin adlandırma, brendinq və veb platforma işləri də Marcom şirkəti tərəfindən hazırlanmışdır. Şirkətin növbəti ildə daha bir neçə tədbirin kreativ tərəfdaşı və markanın vizual konseptinin müəllifi olaraq çıxış edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















