TƏBİB-də İctimaiyyətlə əlaqələr və marketinq departamenti yaradılıb
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yeni strukturuna əsasən, ictimaiyyətlə əlaqələr işinin təkmilləşdirilməsi, kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq, ictimai nüfuzun yüksəldilməsi məqsədilə yeni departament yaradılıb.
Yeni yaradılan İctimaiyyətlə əlaqələr və marketinq departamentinin tərkibində İctimaiyyətlə əlaqələr və Marketinq şöbələri fəaliyyət göstərəcək.
Departamentin fəaliyyəti TƏBİB-in kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr sahəsində işini təşkil etmək, qurumun marketinq strategiyasını müəyyən etmək, tədbirlərin təşkilini həyata keçirmək, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr, marketinq və tədbirlərin təşkili sahəsini koordinasiya etməkdən ibarətdir.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri vəzifəsinə Zamirə Ədilova təyin olunub.
O, bu təyinatadək TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri olub.
Z.Ədilova uzun müddət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İctimaiyyətlə əlaqələr üzrə menecer, SOCAR-ın Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Səmərəli fəaliyyətinə görə dəfələrlə "Fəxri Fərman” və "Təşəkkürnamə” ilə təltif olunub. Bir çox jurnalist müsabiqəsinin qalibi, ictimaiyyətlə əlaqələr, risk kommunikasiyası, idarəetmə üzrə təlimlərin iştirakçısı, 100-dən çox publisistik, 1 elmi məqalənin müəllifidir.
Qeyd edək ki, əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli Fərmanına uyğun olaraq TƏBİB-in strukturu təkmilləşdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























