Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərkosmos Keniya şirkəti ilə müqavilə bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərkosmos Keniya şirkəti ilə müqavilə bağlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərkosmos"la Keniya Respublikasının peyk xidmətləri təqdim edən “CommCarrier” şirkəti arasında uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalanıb. 

Nazirliyin yaydığı məlumatda bildirilir ki, əməkdaşlıq müqaviləsinə əsasən bu gündən etibarən “Azerspace-2” peyki vasitəsilə Keniyanın dövlət xidmət orqanlarında peyk internetinin istifadəsinə başlanılıb. 

Reklam_3_11

Qeyd edək ki, “CommCarrier” şirkəti Mərkəzi və Şərqi Afrika regionunda tərəfdaşlarına “Azerspace-2” peykinin KU diapazonu ilə xidmət göstərəcək.

“Peyk xidmətlərimizdən Afrika regionunda hökumət və özəl qurumların istifadəsi bizi sevindirir. “CommCarrier” region üçün etibarlı tərəfdaşdır və biz artıq perspektivli biznes layihələri üzərində işlərimizi sürətləndiririk”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov bildirib.

“Azərkosmosla əməkdaşlığımız sayəsində “Azerspace-2” peykinin xüsusilə Mərkəzi və Şərqi Afrika üzrə imkanları bizə tərəfdaşlarımızın artan tələbatını uğurla təmin etmək fürsəti qazandıracaq”, – deyə “CommCarrier” şirkətinin direktoru Qiri Babu qeyd edib.

“CommCarrier” 1995-ci ildə telekommunikasiya operatoru olaraq fəaliyyətə başlayıb. Baş ofisi Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən “CommCarrier” burada VSAT texnologiyasını – yerüstü rabitə şəbəkəsi olmayan ərazilərdə peyk rabitəsini ilk istifadəyə verən şirkət hesab olunur. Afrika regionunun aparıcı telekommunikasiya şirkəti olaraq dövlət layihələrini uğurla həyata keçirir.

24.01.2023 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ