Azərbaycanda illik sığorta haqları 1 milyard manata yaxınlaşdı, amma çatmadı
2022-ci ildə sığorta şirkətləri üzrə sığorta haqları və sığorta ödənişləri açıqlanıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il 20 sığorta şirkəti tərəfindən 970 milyon 822 min manat sığorta haqları hesablanıb, 433 milyon 202 min manat sığorta ödənişləri həyata keçirilib.
Ötən ilin dekabr ayında sığorta bazarındakı vəziyyətlə bağlı Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev müsahibəsində demişdi:
"Bu ilin 11 ayın statistikasını nəzərə alsaq, sığorta yığımlarının həcmi 850 milyona çatıb. Nəzərə alsaq ki, sığorta bazarı hər ay 100-110 milyon manat həcmində böyüyür, sığorta haqlarının həcminin ilin sonuna qədər 1 milyard manata çatacağı gözlənilir. Bu ilin sonunda adambaşına düşən sığorta haqqının 95 manata çatacağını gözləmək olar".
Xatırladaq ki, 2021-ci il ərzində Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 843 milyon 897 min manat sığorta haqları hesablanmış, 458 milyon 726 min manat sığorta ödənişləri həyata keçirilmişdi.
Ötən il 2021-ci ilə nisbətən hesablanmış sığorta haqları 126 milyon 925 min manat və ya 15% artb, sığorta ödənişləri isə 25 milyon 524 min manat və ya 5,6% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 10 d. əvvəl
-
13 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
44 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
45 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 53 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir


























