“Qala Sığorta” növbəti məhsulunu SİMA ilə daha əlçatan etdi
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
SİMA vasitəsilə “Qala Sığorta” şirkətinin növbəti məhsulu daha əlçatan olub.
Bundan sonra müştərilər “Qala Sığorta”nın veb-saytındakı şəxsi kabinetlərinə rəqəmsal imza ilə daxil olaraq İpoteka kreditləşməsi üzrə əldə olunan yaşayış sahələrinə aid (mənzillər, fərdi yaşayış evləri və s.) sığorta müqavilələrinin imzalanmasını həyata keçirə biləcəklər.
Tərəfdaşların növbəti hədəfi sığorta məhsullarına əlçatanlığın artırılmasıdır. Belə ki, “Qala Sığorta” şirkəti bir çox könüllü sığorta məhsullarını elektron qaydada istehlakçılara SİMA vasitəsilə təqdim edəcək. Bu da istehlakçılara ofisə yaxınlaşmadan istədikləri yerdə və rahat şəkildə sığorta müqavilələrini əldə etməyə imkan yaradacaq.
Xatırladaq ki, “Qala Sığorta” bir neçə ay öncə müştərilərinə öz şəxsi kabinetlərinə SİMA ilə daxil olmaq imkanı yaratmışdı.
Yeni nəsil rəqəmsal imzadan istifadə edərək sığorta ilə yanaşı digər elektron xidmətlərdən də yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank, BOKT, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderləri, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.
SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir çox üstünlükləri var. Bunların sırasına maliyyə xərclərinin azaldılması, vaxt və sənəd itkisinin qarşısının alınması daxildir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “AzInTelecom”un “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 29 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























