Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Toyota 2022-ci ildə dünyanın ən çox avtomobil satan istehsalçısı titulunu qoruyub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Toyota 2022-ci ildə dünyanın ən çox avtomobil satan istehsalçısı titulunu qoruyub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Toyota Motor Corp, 2022-ci ildə təxminən 10,5 milyon ədəd (10,483,024) avtomobil sataraq, üçüncü ildir ki, Dünyanın ən çox avtomobil satan istehsalçısı adını qoruyub saxlayıb.

Marja xəbər verir ki, Qrupun yük maşını bölməsi Hino Motors və kiçik avtomobil istehsalçısı Daihatsu da daxil olmaqla qlobal satışları 0,1% azalıb. Belə ki, 8,6 milyon avtomobilin Yaponiya xaricinə rekord satışı (2,3% artıb) onun daxili bazarındakı satışının 9,6% azalmasının böyük hissəsini kopmensasiya edib.

İkinci yerdə olan rəqibi Volkswagen Qrupu Çində COVID-19 məhdudiyyətləri və Ukraynadakı müharibənin tədarük zəncirlərini pozduğu üçün 8,3 milyon ədəd avtomobil olmaqla son on ildə ən aşağı satışını etdiyini bildirib.

Toyota üçün də bəzi çiplə bağlı tədarük məhdudiyyətləri qalmasına baxmayaraq, Yapon avtomobil istehsalçısı Asiyada güclü tələbatın, Asiya və Şimali Amerikada istehsal gücünü və optimallaşdırmanı artması sayəsində 2022-ci ildə qlobal istehsalını 5,3% artıra bilib.

Toyotanın cari maliyyə ili üçün istehsal proqnozu 9,2 milyon ədəddir.

Hino Daihatsu Toyota
30.01.2023 10:51

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18