Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“AzInTelecom” MMC Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzInTelecom” MMC Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətlərini əldə edən dövlət qurumlarından biri Elm və Təhsil Nazirliyi oldu.

Əldə olunmuş razılığa əsasən nazirliyin informasiya sistemlərinin qurulması və dayanıqlı fəaliyyəti üzrə məsul qurum olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) üçün İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidmətləri göstərilir.

Reklam_3_11

İT audit xidməti çərçivəsində TSİİ-yə məxsus şəbəkənin strukturunun və virtual mühitin dayanıqlılığının təmin edilməsi, şəbəkənin kənar müdaxilələrdən qorunması və s. kimi istiqamətlərdə boşluqların araşdırılması, onların aradan qaldırılması ilə bağlı təlimlərin keçirilməsi və tövsiyələrin verilməsi nəzərdə tutulur.

Kibertəhlükəsizlik auditi xidməti zamanı fiziki şəbəkə avadanlıqları və təhlükəsizlik həllərinin sazlanmalarının qiymətləndirilməsi, təkmilləşməsi üçün təkliflərin verilməsi, bu istiqamətlərdə təlimlərin keçirilməsi və tövsiyyələrin verilməsi nəzərdə tutulur.

Vurğulayaq ki, ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi, Kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər. 

AzInTelecom Elm və Təhsil Nazirliyi informasiya təhlükəsizliyi xidmətlər veb-tətbiqlər elektron
31.01.2023 13:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ