2023-cü ildə bankların mənfəəti azala bilər - "Mənim şəxsi fikirim budur ki,.."
Rəqabət yüksək olduğundan banklar kredit faizlərini artırmaq istəmirlər.
Mərkəzi Bank məcburi ehtiyat normalarının yüksəldilməsinin və əmanət gəlirlərinin vergiyə cəlb olunmasının kredit faizlərinin kəskin artmasına səbəb olacağı barədə iddialara münasibət bildirib.
Marja.az-ın məlumatına görə, Mərkəzi Bankın sədri Taleh Kazımov bu cür xəbər və iddialardan təəssüflənir. Onun sözlərinə görə, ehtimal ki, banklar artan xərcləri kredit faizlərində əks etdirməyi deyil, marjalarının bir hissəsindən imtina etməyi seçəcəklər:
"Təəssüflər olsun ki, bir neçə dəfə mediada qeyd olunub ki, məcburi ehtiyat normalarının artırılması faizlərin kəskin artmasına səbəb olacaq. Bazarda rəqabəti və məcburi ehtiyat normalarının manat əmanətlərinin maya dəyərinə 0,16% artırıcı təsir edəcəyini nəzərə alsaq, kredit faizlərinin kəskin yüksələcəyini gözləmək doğru olmaz. Mənim şəxsi fikirim budur ki, həm əmanət üzrə gəlirlərin vergiyə cəlb edilməsi, həm də məcburi ehtiyat normalarının artırılması sadəcə bankların marjasına təsir edəcək. Buna görə, kredit faizlərinin kəskin artacağını gözləmirik".
01 Fevral 2023-cü il tarixindən əmanətlər üzrə faiz gəlirləri 10%-lik vergiyə cəlb ediləcəkdir. Taleh Kazımov, "Biz gözləyirik ki, banklar vergini depozit faizlərində əks etdirəcəklər. Depozitlərin banklardan çıxmaması üçün əmanət faizləri vergi faizi nisbətində artırılacaqdır",- deyə əlavə edib.
Qeyd edək ki, bank təcrübəsində marja – cəlb edilən vəsaitin faizləri ilə verilən kreditlərin faizləri arasındakı fərqdir. Bu fərq bankların gəlirləri hesab olunur.
Xəbər verdiyimiz kimi, fevralın 15-dən etibarən tətbiq edilməsi şərtilə, məcburi ehtiyat norması milli valyutada depozitlər üzrə 4%-dən 5%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-dən 6%-ə qaldırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
- 6 d. əvvəl
- 12 d. əvvəl
-
- 13 d. əvvəl
- 15 d. əvvəl
- 16 d. əvvəl
- 17 d. əvvəl
-
28 d. əvvəl
Bu həftə hələ ki inflyasiyanı soyuda bilməyən faizlər ilə bağlı qərar açıqlanacaq
-
31 d. əvvəl
Hyundai və ya KİA avtomobili sahibisinizsə bu fürsəti qaçırmayın - YALNIZ 1 HƏFTƏ OLACAQ
- 41 d. əvvəl
- 50 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycan banklarında Manat əmanətinin faizləri - YENİ SİYAHI

Azərbaycana dərman idxalında artım qeydə alınıb

Türk Lirəsi ucuzlaşmaqda davam edir

Buğda və düyü idxalında artım qeydə alınıb

Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək

"Banklardakı problemlər ABŞ-ı tənəzzülə yaxınlaşdırır"

Biznesinizi avtomatlaşdırmağa indi başlayın
Ən çox oxunanlar

Azərbaycan banklarında Manat əmanətinin faizləri - YENİ SİYAHI

Apple şirkətinin baş direktoru Çinə səfər edib

"Qalatasaray" klubu Bakıda xeyriyyə oyununda qalib gəlib

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
