Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın AİİB ilə əməkdaşlığa önəm verdiyini, bankın “yaşıl” və dayanıqlı gələcəyin təmin olunması istiqamətində fəaliyyətini, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyinin əhəmiyyətini vurğulayıb.

Davanıqlı inkişafın təmin olunması sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verən iqtisadiyyat naziri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, həmçinin azad edilmiş ərazilərimizdə aparılan reinteqrasiya işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verildiyini qeyd edib. Vurğulanıb ki, Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiyada da dövlət sektorunun yeni keyfiyyətə transformasiyası, ekosistemin keyfiyyətinin yaxşılaşdırılması, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması əsas hədəflərdəndir. 

AİİB-in investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski təmsil etdiyi qurumun Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Bankın Azərbaycanla səmərəli əməkdaşlığını qeyd edib, tərəfdaşlığın inkişafı imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-in Azərbaycanda gələcək fəaliyyət prioritetləri, Bankın maliyyə dəstəyi ilə ölkəmizdə layihələrin həyata keçirilməsi imkanları haqqında müzakirələr aparılıb.

02.02.2023 11:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ