Rabalon şirkətinin Cisco ilə əməkdaşlıq çərçivəsində keçirdiyi ənənəvi tədbirlərindən daha biri baş tutdu

(®) 2 fevral 2023-cü il tarixində Rabalon şirkəti, Cisco ilə əməkdaşlıq çərçivəsində dövlət qurumları, banklar və özəl şirkətlərdən dəvət olunmuş 60 nəfərdən çox qonağın iştirakı ilə Hilton otelində “Kibertəhlükəsizlik problemlərini Cisco ilə necə həll etmək olar” adlı tədbir təşkil edib.
Tədbirdə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyasının (AKTA) nümayəndələri də iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rabalon şirkətinin təsisçisi və direktoru Ramin İskəndərov qonaqları salamlayaraq tədbirin və Cisco məhsullarının kibertəhlükəsizlikdə əhəmiyyətindən danışıb.
Açılış nitqindən sonra tədbir, Cisco üzrə mütəxəssis və təlimçi Ruslan Şərifovun “Cisco məhsullarına əsaslanan təhlükəsiz şəbəkə infrastrukturu” adlı çıxışı ilə davam edib.
Ardınca, Cisco şirkətinin əməkdaşı Vladimir Libman “Kiber davamlılıq”, ERC şirkətinin əməkdaşı Vladyslav Galileiskyi “Təhlükəsizlikdə üç dost: müəyyənləşdirmək , aşkarlamaq və icra etmək” adlı mövzularda iştirakçıları məlumatlandırıblar.
Cisco dünyanın kibertəhlükəsizlik və şəbəkə həlləri sahəsində ən öndə gedən vendorlarından biridir.
Qeyd edək ki, tədbirin təşkilatçısı Rabalon şirkəti Cisconun Azərbaycanda rəsmi tərəfdaşıdır.
Rabalon haqqında qısa olaraq onu deyə bilrək ki, şirkət İT sahəsində fəaliyyət göstərən inteqrator şirkətdir. 15 illik təcrübəyə malik olan Rabalon şirkəti, dünyanın bir çox vendorları ilə əməkdaşlıq edir və bu sahədə öz müştərilərinə peşəkar həllər təqdim edir. Hazırda Amerika ofisi də daxil olmaqla, Rabalon, şirkətlərə çoxölçülü IT konsaltinq xidmətləri göstərir.
Ünvan: Çinar plaza, Heydər Əliyev pros.152
Web sayt: www.rabalon.com
Email: [email protected]
Telefon: +994 50 261 35 50
Sosila media hesabları:
Instagram: @rabalonaz
Facebook: @rabalonaz
Linkedin: @rabalonaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 d. əvvəl
- 5 d. əvvəl
- 11 d. əvvəl
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
- 15 d. əvvəl
- 16 d. əvvəl
-
27 d. əvvəl
Bu həftə hələ ki inflyasiyanı soyuda bilməyən faizlər ilə bağlı qərar açıqlanacaq
-
31 d. əvvəl
Hyundai və ya KİA avtomobili sahibisinizsə bu fürsəti qaçırmayın - YALNIZ 1 HƏFTƏ OLACAQ
- 40 d. əvvəl
- 49 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycan banklarında Manat əmanətinin faizləri - YENİ SİYAHI

Azərbaycana dərman idxalında artım qeydə alınıb

Türk Lirəsi ucuzlaşmaqda davam edir

Buğda və düyü idxalında artım qeydə alınıb

Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək

"Banklardakı problemlər ABŞ-ı tənəzzülə yaxınlaşdırır"

Biznesinizi avtomatlaşdırmağa indi başlayın
Ən çox oxunanlar

Azərbaycan banklarında Manat əmanətinin faizləri - YENİ SİYAHI

Apple şirkətinin baş direktoru Çinə səfər edib

"Qalatasaray" klubu Bakıda xeyriyyə oyununda qalib gəlib

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
