Türkiyədə güclü zəlzələ baş verdi - YENİLƏNİR
Türkiyədə Fövqəladə Hallar qurumunun (AFAD) saytında yer alan məlumata görə, zəlzələ səhər yerli vaxtla saat 4.17-də Kahramanmaraşın Pazarcık rayonunda baş verib.AFAD-dan verilən son açıqlamaya görə, 76 nəfər həyatını itirib, 440 nəfər yaralanıb.
XXX
Türkiyədə baş verən zəlzələ nəticəsində 76 nəfər həyatını itirib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
XXX
Malatya valisi Hulusi Şahin, ilkin məlumata görə, şəhərdə indiyədək zəlzələ nəticəsində 23 nəfərin həlak olduğunu, 420 nəfərin yaralandığını, 140 binanın dağıldığını bildirib.
XXX
Türkiyə beynəlxalq yardım istədi
Türkiyənin daxili işlər naziri Süleyman Soylu, "Dördüncü səviyyəli həyacan təbili elan etmişik. Bu, beynəlxalq yardımı da ehtiva edən bir həyacan təbilidir" deyib.
XXX
Osmaniye valisi Erdinç Yılmaz 34 binanın dağıldığını, 5 nəfərin öldüyünü açıqlayıb.
XXX
Şanlıurfa valisi Salih Ayhan 17 vətəndaşın həyatını itirdiyini, 30 nəfərin isə yaralandığını açıqlayıb.
XXX
Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələ, 17 avqust 1999-cu ildə Türkiyənin yaşadağı 7,6 bal gücündəki zəlzələdən bu yana baş vermiş ən böyük zəlzələdir.
XXX
Türkiyədə Kahramanmaraşın Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ baş verib.
Marja xəbər verir ki, zəlzələ bir çox şəhərlərdə hiss olunub.
Zəlzələdən sonra bölgədə afterşoklar (daha kiçik olan təkrar seysmik təkanlar) davam edir.
Zəlzələ Kahramanmaraş ilə yanaşı Gaziantep, Malatya, Batman, Bingöl, Elazığ, Kilis, Diyarbakır, Mardin, Siirt, Şırnak, Van, Muş, Bitlis, Hakkari, Adana, Osmaniye va Hatayda hiss olunub.
Zəlzələ yerli vaxtla səhər saat 4.17-də baş verib.
7,4 bal gücündə zəlzələ 7 kilometr dərinlikdə baş verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























