Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Neftin qiyməti yenidən 100 dolları keçə bilər" - QLOBAL BANK

Qlobal investisiya bankı "Goldman Sachs"ın analitikləri neft hasilatına sərmayə qoyulmaması nəticəsində yaranan təklif boşluğu səbəbindən neftin qiymətinin indiki 80 dollar səviyyəsindən 100 dollar artacağını proqnozlaşdırırlar.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neftin qiyməti yenidən 100 dolları keçə bilər" - QLOBAL BANK

Goldman Sachs-a görə, neftin qiyməti bu il yenidən 100 dollardan yuxarı qalxa, ehtiyat istehsal gücü tükəndiyi üçün 2024-cü ildə ciddi tədarük çatışmazlığı baş verə bilər.

Marja.az xəbər verir ki, bu barədə qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti Goldman Sachs-ın analitikləri bildiriblər.

Reklam_3_11

Tətbiq olunan sanksiyaların Rusiyanın neft ixracını azaltma ehtimalını qiymətləndirən Goldman Sachs, sıfır Covid siyasətini dayandıran Çində tələbin bərpası gözləndiyi üçün qiymətlərin hazırkı 80 dollar səviyyəsindən 100 dolları keçəcəyini proqnozlaşdırıb.

Səudiyyə Ərəbistanında keçirilən konfransda çıxış edən Bankın analitiki Jeff Currie sənayenin tələbatını ödəmək üçün lazım olan istehsala sərmayənin olmamasının daha yüksək qiymətlərə səbəb olacağını və bu istehsal çatışmazlığının 2024-cü ilə qədər böyük problemə çevrilə biləcəyini vurğulayıb.

Goldman-ın Əmtəə Araşdırlamaları Departamentinin rəhbəri Currie bəyan edib ki, may ayına qədər neft bazarları tələblə müqayisədə təklif çatışmazlığı ilə üzləşməlidir və bu, qiymətlərə müsbət təsir göstərəcək.

Neft qiymətləri bir neçə il ərzində dəyişkən idi, pandemiya zamanı 20 dollardan aşağı düşdü, daha sonra Rusiyanın Ukraynaya hücumu nəticəsində onsuz da qlobal tələbatdan aşağı olan tədarükün azalmasından sonra bərpa olundu və 130 dollar səviyyəsinə yaxınlaşdı. 

"OPEC+ hasilatı artırmağa qərar verərkən ehtiyatlıolacaq"

Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman da şənbə günü Ər-Riyadda keçirilən konfransda açıqlamalar verərək, dünyanın neft emalı zavodlarının gücünə sərmayə qoyuluşunun olmamasına diqqət çəkərək, bunun qeyri-kafi təchizatla nəticələnəcəyini bildirib. Bin Salman OPEC+-ın hasilatı nə vaxt artıracağına qərar verərkən ehtiyatlı olacağını təkrarlayıb.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Rusiya daxil digər istehsalçılar birləşərək tələb və təklifi tarazlaşdırmaq və qiymətləri sabit saxlamaq üçün qrup (OPEC+) yaradıblar.  

“OPEC+ bu ilin sonunda hasilatı artırmağa çalışacaq”

Currie,  OPEC+-ın bu ilin sonunda hasilatı artırmağa çalışacağına qeyd edib. Bu ay keçirilən OPEC+ın bazar nəzarəti komitəsi qrupa neft hasilatını sabit saxlamağı tövsiyə edib.

Currie əlavə edib ki, bu il tələb təklifi aşdıqda qiymətlər daha da yüksələcək.

Bakı vaxtı ilə saat 09:30-da Brent nefti 80,07 dollardan ticarət olunub. 

06.02.2023 09:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ