Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ceyhana tədarükün bərpası ilə bağlı xəbərlər neftin qiymətini aşağı salıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ceyhana tədarükün bərpası ilə bağlı xəbərlər neftin qiymətini aşağı salıb

Ticarət məlumatlarına görə, Türkiyənin Ceyhan ixrac terminalına neft tədarükünün yaxın gələcəkdə bərpa olunacağına dair xəbərlərdən sonra dünya neft qiymətlərində artım tempi günortadan sonra aşağı düşüb.

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 16:15-ə olan məlumata görə, Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 1,3% artaraq 82,06 dollar/barel, WTI markalı neftin mart fyuçersləri 1,6% artaraq 75,44 dollar təşkli edib. Bir saat əvvəl neft qiymətləri daha güclü artım nümayiş etdirirdi.

Reklam_3_11

Fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib ki, bu da prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 1939-cu ildən bəri ən güclü zəlzələ olub. Media Türkiyənin böyük neft limanı Ceyhanda zəlzələ səbəbindən əməliyyatların dayandırıldığını yazıb. Suriyadada ən böyük neft emalı zavodunun fəaliyyəti dayandırılıb.

Çərşənbə axşamı Bloomberg məsələ ilə bağlı məlumatlı bir rəsmiyə istinadən Türkiyənin Ceyhan ixrac terminalına neft tədarükünü tezliklə bərpa edəcəyini bildirib.

07.02.2023 16:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ