“Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir
Fevralın 8-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində bu ölkənin Zəkat, Vergi və Gömrük İdarəsinin təşkilatçılığı ilə “Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki, Ümumdünya Gömrük Təşkilatı (ÜGT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) kimi bir sıra mötəbər təşkilatların təmsil olunduğu, müxtəlif ölkələrin vergi və gömrük orqanları əməkdaşlarının qatıldığı konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.
“İqtisadi dayanıqlılığı təşviq etmək və təhlükəsizliyi qorumaq üçün inteqrasiya edilmiş rəqəmsal ekosistem” mövzusuna həsr edilən, 5000 nümayəndənin iştirak etdiyi iki günlük konfransda rəqəmsal həllərdən istifadə etməklə kölgə iqtisadiyyatına qarşı mübarizə, investisiya üçün əlverişli logistika mühiti, təhlükəsiz və səmərəli nəqliyyat sistemi vasitəsilə inkişaf, təhlükəsizlik və ticarətin asanlaşdırılmasında gömrüyün rolu və digər məsələlər üzrə panel müzakirələr aparılacaq, beynəlxalq ekspertlər tərəfindən təqdimatlar nümayiş etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 53 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























