Bank komissiyalarının tutulmayacağı barədə yekdilliklə qərar qəbul edilib
8 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.
İclas zamanı 6 fevral tarixində qardaş Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilmiş və bu təbii fəlakətin törətdiyi fəsadların bütün ABA üzvlərini sonsuz kədərləndirdiyi bildirilmişdir.
Həmçinin ölkəmizin bank icmasının qardaş Türkiyə xalqına hər zaman dəstək olmağa hazır olduğu yekdilliklə bəyan edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə, bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum - AFAD) ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı barədə yekdilliklə qərar qəbul etmişdir.
"Azərbaycan bank icması bütün dövrlərdə Azərbaycan xalqı və dövləti kimi qardaş Türkiyə Respublikasının yanındadır, onların sevinci sevincimiz, kədəri kədərimizdir.
Dağıdıcı zəlzələ nəticəsində həyatını itirmiş bacı və qardaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik!",- Assosiasiyanın məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
7 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
8 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 8 saat əvvəl
-
9 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl