“PAŞA Kapital” vasitəsilə “ASCO” istiqrazlarına abunə yazılışı davam edir
Ötən il rekord mənfəət əldə etmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinin istiqrazlarına “PAŞA Kapital” vasitəsilə abunə yazılışı davam edir.(®) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilən 100 min ədəd ümumi məbləği 100 milyon ABŞ dolları təşkil edən istiqrazlara abunə yazılışı 28 fevral 2023-cü il tarixində bitəcəkdir.
Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, ümumi həcmi 100 milyon ABŞ dolları, tədavül müddəti 5 il, illik faiz dərəcəsi 6 faiz təşkil edir.
İstiqrazları məhdudiyyət olmadan həm fiziki, həm də hüquqi şəxslər əldə edə, bununla da ASCO istiqrazlarının investoru ola bilərlər. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ölkəmizdə uğurla fəaliyyət göstərən şirkətlərdən biridir. Belə ki, şirkət, ötən il mənfəət üzrə rekord göstəricilərə nail olub.
İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edərək abunə yazılmalıdırlar.
ASCO istiqrazlarını PAŞA Kapital vasitəsilə qeyd edilən addımları icra edərək əldə edə bilərsiniz:
- pashacapital.az saytına daxil olaraq tələb olunan müraciət formasında lazımi məlumatları qeyd etmək;
- Vasitəçilik (brokerage) hesabının açılması ilə bağlı anketi doldurmaq;
- Müvafiq sənədlərlə tanış olduqdan sonra investisiya xidmətlərinin göstərilməsinə dair müqaviləni onlayn (ASAN İmza) yaxud PAŞA Kapitalın ofisinə yaxınlaşaraq imzalamaq;
- Seçilən istiqraz sayına əsasən ödənişi edərək sifarişi rəsmiləşdirmək.
Ətraflı məlumat əldə etmək üçün əlaqə nömrəsi: 1548
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)


