Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ötən il Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərin həcmi 5,8 milyard manata çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərin həcmi 5,8 milyard manata çatıb

Təsərrüfat subyektlərində 2022-ci il ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2021-ci il ilə müqayisədə 89.4% artaraq 199 milyon  ədəd, həcmi isə 47.7% artaraq 5.8 milyard manat olmuşdur. O cümlədən, 2022-ci il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2021-ci il ilə müqayisədə 2.6 dəfə artaraq 183.2 milyon ədəd, həcmi isə 2 dəfə artaraq 4.9 milyard manat olmuşdur.

Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında bildirilir.

Reklam_3_11

Qeyd edilib ki. son illər ərzində ölkənin həm Bakı və iri şəhərlərində, həm də regionlarında kart infrastrukturunun inkişafında müsbət tendensiya müşahidə edilmişdir. 01.01.2023-cü il tarixinə ölkə üzrə quraşdırılmış bankomatların sayı 3068, POS-terminalların sayı 79820, ödəniş terminallarınsayı isə 2029 ədəd olmuşdur.

2022-ci il ərzində ölkə üzrə bankomatların sayında 3.3%, regionlarda yerləşən bankomatların sayında isə 6.6% artım müşahidə edilmişdir.

01.01.2023-cü il tarixinə ölkədə dövriyyədə olan POS-terminalların sayı keçən illə müqayisədə 30.5% artaraq 79820-ə bərabər olmuşdur. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 58.5% artaraq 69599 ədəd təşkil etmişdir. Quraşdırılmış POS-terminalların 87.2%-i təmassız ödənişləri dəstəkləməkdədir. Regionlarda pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 5029 və ya 25.2%, o cümlədən təmassız ödənişləri dəstəkləyən POS-terminalların sayı isə 9318 və ya 88.6% artmışdır.

2022-ci ilin sonuna banklar tərəfindən quraşdırılmış ödəniş terminallarının sayı 2021-ci ilin sonu ilə müqayisədə 10% artaraq 2029 ədəd təşkil etmişdir. Bakı şəhərində yerləşən ödəniş terminallarının sayında 15.2%, regionlarda yerləşən ödəniş terminallarının sayında isə 4.3% artım müşahidə olunmuşdur.

14.02.2023 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ