Ən yuxarı statik reklam_3

Pakistanın ölkəmizdəki səfiri Unimetal-ın istehsal kompleksində olub - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pakistanın ölkəmizdəki səfiri Unimetal-ın istehsal kompleksində olub - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Haye, əsasən tikinti sektorunda geniş istifadə olunan müxtəlif təyinatlı metal məmulatlarının istehsalı və satışı üzrə regionda lider şirkətlərdən olan “Unimetal” MMC-nin istehsal müəssisələrini ziyarət etmişdir. 

Pakistan-Azərbaycan Ticarət Palatasının (PAKAZCHAM) təşəbbüsü ilə təşkil olunmuş bu ziyərətdə qonaqlar buradakı istehsal prosesləri ilə yaxından tanış olmuş, həmçinin Unimetal-ın istehsalı olan müxtəlif məhsulların keyfiyyət göstəricilərini əks etdirən laboratoriya testləri əyani şəkildə qonaqlara təqdim olunmuşdur.

Daha sonra şirkət rəhbərliyi ilə aparılan qarşılıqlı müzakirələr zamanı iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasından söhbət açan səfir, iqtisadi-ticari əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulamış və bununla əlaqədar olaraq hər iki ölkə rəhbərliyinin təşəbbüs və niyyətlərini diqqətə çatdırmışdır.

Eyni zamanda Azərbaycan – Pakistan arasında idxal-ixrac məhsullarının potensialından da söz açan səfir bu istiqamətdə ticarət əməliyyatlarının daha da genişləndirilməsi üçün iş adamlarının aktiv rol almalarının əhəmiyyətini vurğulamışdır. "Unimetal" rəhbərliyi də, Prezident cənab İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafına göstərmiş olduğu qayğıdan və bu istiqamətdə yerli istehsalçılara verilən müxtəlif təşviq proqramlarından bəhs edərək, iki ölkə arasında idxal-ixrac və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün yeni həll yolları axtarmağın vacibliyini vurğulamışdır. 

Qeyd etmək istərdik ki, "Unimetal" MMC metal boru və profillərin, rəngli dam örtüklərinin, yayma məhsullarının və digər müxtəlif metal məhsulların istehsalçısı və tədarükçüsüdür. Həmçinin şirkət nəinki Azərbaycanda, hətta cənubi Qafqaz regionunda polimer örtüklü rəngli metal rulonların yeganə istehsalçısıdır. Burada istehsal olunan rəngli rulonlar və dam örtükləri beynəlxalq keyfiyyət standartlarına ən yüksək səviyyədə cavab verməkdədir.

Ətraflı məlumat üçün - unimetal.az

Unimetal Bilal Haye Pakistan Azərbaycan PAKAZCHAM dam örtükləri metal məhsulları metal rulonlar polimer örtük
14.02.2023 12:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ