Prezident Akademiyaya rektor təyin etdi
Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Marja xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə, Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.
Məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarov 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Onun 95 yaşı tamam olub.
Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakıda anadan olub.
1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Məktəbi "Fərqlənmə diplomu" ilə bitirib. 1978-1983-cü illərdə təhsilini V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində davam etdirib. Natiq Əliyev 1980-1983-cü illərdə Lenin təqaüdçüsü olub. O, 2005-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adına layiq görülüb, 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.
N.Əliyev Ümummilli lideri Heydər Əliyevin Kiyev (2004), Belqrad (2011), Tiflis (2007), Həştərxan (2010) şəhərlərində ucaldılmış abidələrinin, Xocalı soyqırımı qurbanlarının xatirəsinə Sarayevo (2012), Mexiko (2012), Ankara (2013), Qızılca-hamam (2014) şəhərlərində ucaldılmış abidələrin və bir çox digər əsərlərin müəllifidir.
Heykəltəraşın yaratdığı əsərlər içərisində Şamaxı torpağının bəxş etdiyi dühalar da böyük yer tutur. Memar Zivər bəy Əhmədbəyovun (Bakı, 2011) abidəsi, Fələki Şirvani, Əfzələddin Xaqani, İzəddin Şirvani, İmadəddin Nəsimi, Şirvanşah I İbrahim, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Sultanməcid Qənizadə, Mirzə Məhəmmədhəsənin Şamaxı şəhərində ucaldılmış büstləri N.Əliyevin əsərləridir.
Qeyd edək ki, N.Əliyev bu təyinatadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)








