Orta aylıq əmək haqqı açıqlandı
2017-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 525,2 min nəfər olmuş, onlardan 886,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 638,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 7,1 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2017-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 520,1 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
-
6 saat əvvəl
"Bizim işlənmiş neft məhsulundan yeni məhsullar əldə etmək layihəmiz var"
- 16 saat əvvəl
-
17 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan yığma komandasının sponsoru oldu - ANLAŞMA
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 18 saat əvvəl
-
18 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl