Əmtəə bazarının səmərəliliyi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi Qrupunun onlayn formatda növbəti iclası keçirilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki. iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirilmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin icrası ilə bağlı təqdimat keçirilib, həmçinin İşçi Qrupunun 2022-ci il üçün Fəaliyyət Planı üzrə görülən işlər barədə məlumat verilib.
İşçi Qrupunun iclasında cari il üçün icrası nəzərdə tutulan məsələlər, qarşıda duran vəzifələr və son dövrlərdə həyata keçirilən islahatlar, xüsusilə rəqabət və dövlət satınalmaları sahəsində qanunvericilikdə edilən dəyişikliklər layihəsinə dair fikir mübadiləsi aparılıb.
Özəl sektorun nümayəndələri ilə qarşılıqlı müzakirələr formatında keçən iclasda İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Vergi Xidmətinin, Dövlət Statistika Komitəsinin, Mərkəzi Bankın, Dövlət Neft Şirkətinin, "Keyfiyyət Assosiasiyası" İctimai Birliyinin və digər təşkilatların nümayəndələri iştirak edib.
Sonda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə görüşlərin daha intensiv təşkili barədə qərar qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























