Türkiyədə seçki ssenarilərinə görə Dollar/TL proqnozu - "DOLLAR 36 LİRƏYƏ YÜKSƏLƏ BİLƏR"
"Standard Chartered"in iqtisadçıları Geoff Kendrick və Farooq Pasha, Türkiyədə Prezident seçkisindən sonra ümumi qəbul edilmiş təcrübələrdən ibarət olan iqtisadi siyasətə (ortodoksal) qayıdılsa dollar/TL məzənnəsinin 20-yə, ənənəvi baxış və yanaşmalardan kənar mövcud siyasətin (heterodoksal) davam edəcəyi təqdirdə isə 36-ya yüksələ biləcəyini proqnozlaşdırırlar. Qurumun dollar/TL üzrə il sonu proqnozu 28-dir.Böyük Britaniyanın qlobal maliyyə xidmətləri şirkəti və bankı “Standard Chartered”, Türkiyədə May ayında keçiriləcək Prezident seçkisinin təsirləri ilə bağlı hesabat dərc edib. Hesabatda Dollar/TL məzənnəsi ilə bağlı proqnozlar da yer alıb.
Marja xəbər verir ki, fevralın 16-da "Standard Chartered"in iqtisadçıları Geoff Kendrick və Farooq Pasha tərəfindən hazırlanan “Türkiyənin qeyri-müəyyən seçkisi” başlıqlı hesabatda, may ayında keçirilməsi planlaşdırılan seçkinin ölkədə iqtisadi vəziyyətin pisləşdiyi və sorğuların hakim (iqtidar) partiyaya tarixən aşağı dəstəyi göstərdiyi bir vaxta təsadüf etdiyi qeyd olunub.
Hesabatda iqtisadçılar, "Bütün bunlarla yanaşı, müxalifətdəki fikir ayrılığı Prezident seçkisinin nəticəsini proqnozlaşdırmağı çətinləşdirir. Ümumi konsensus budur ki, AKP-MHP ittifaqı parlamentdə üstünlüyü itirə bilər. Seçkidən sonra yeni ittifaqlar və azlıq hökuməti kimi çoxsaylı ssenarilər də mümkündür", - qeyd ediblər.
Hesabatda, “Türkiyənin iqtisadi vəziyyəti pisləşməkdə davam edir. 2022-ci ildə 72 faiz olan orta inflyasiyanın 2023-cü ildə 50 faiz olacağını təxmin edirik. Müvafiq olaraq, yaşayış xərci böhranı iqtisadi artıma təzyiq edir; ÜDM artımının 2022-ci ildəki 4,5 faizdən 2023-cü ildə 3 faizə enəcəyini proqnozlaşdırırıq. Eyni zamanda, pul siyasəti ultra yumşaq olmağa davam edir, real gəlirlilik də mənfi 50 faiz civarındadır. Seçkidə Ərdoğan qalib gələrsə iqtisadi artım yönümlü siyasət davam edəcəkdir", - bildirilir.
USD/TL proqnozlarının orta nöqtəsi 28 TL-dir
Hesabatda, qeyri-ənənəvi pul siyasətinin uzunmüddətli ticarət kəsiri və maliyyələşdirilməsi çətin olan cari əməliyyatlar hesabının kəsiri ilə nəticələndiyi bildirilir.
Hesabatda, ""Digər pul daxilolmaları" 2022-ci ildə tədiyə balansı stressinin təsirini azaltmağa kömək etsə də, bunu davam etdirmək çətindir və seçkidən sonra maliyyələşmə üçün başqa mənbələrə ehtiyac olacaq. Mövcud qeyri-ənənəvi siyasətlərdən (heterodoks) imtina adekvat portfel axınını cəlb edə və iqtisadiyyat bərpaya çalışarkən boşluqları aradan qaldırmağa kömək edə bilər”, - ifadələrinə yer verilib.
İqtisadçılar belə bir ssenaridə (ümumi qəbul edilmiş təcrübələrdən ibarət olan iqtisadi siyasətə (ortodoksal) dönüş) dollar/TL məzənnəsinin 2023-cü ilin sonuna doğru 20 türk lirəsi civarında olacağını proqnozlaşdırırlar.
İqtisadçılar, mövcud siyasətlərin (ənənəvi baxış və yanaşmalardan kənar siyasətin (heterodoks)) davam etməsi vəziyyətində, türk lirəsinin dəyər itirəcəyini və 2023-cü ilin sonuna qədər dollar/TL məzənnəsinin 36 türk lirəsi səviyyəsində olacağını proqnozlaşdırırlar.
İqtisadçılar, “İl sonu dollar/TL proqnozumuz 28 lirə səviyyəsindədir ki, bu da iki fərqli seçki nəticəsinə (Ərdoğanın qazanması və ya uduzması) dair təxminlərimizin orta nöqtəsidir. Biz ssenarilərimiz üçün 50-50 faiz ehtimal görürük", - bildiriblər.
Türk lirəsi ötən il inflyasiyanın sürətlənməsi fonunda mərkəzi bankın faiz dərəcələrini aşağı salmasından sonra 44 faiz dəyər itirib.
Standard Chartered hökumətin dekabrın sonunda qorunan türk lirəsi əmanətlərini tətbiq etməsinin iqtisadiyyatın dollarlaşmasını azaltmadığını və dövlət maliyyəsi üçün risk yaratdığını bildirib. Türkiyədə bank əmanətlərinin təxminən üçdə ikisi xarici valyutadadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
11 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
13 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı














.jpg)






