Azərbaycanın ərəb şirkətilə həyata keçirdiyi böyük layihənin adından istifadə edilərək piramida qurulub
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanda böyük investisiyalar yatırmaqdadır. Şirkət Azərbaycan hökumətinin dəstəyilə də günəş elektrik stansiyası layihəsini icra edir, külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi üçün saziş imzalayıb.
Marja.az-ın məlumatına görə, fırıldaqçılar Azərbaycan üçün çox mühüm olan bu layihələrin adından istifadə edərək gəlir əldə edirlər. Guya "Masdar Energy" qazanc imkanları təklif edir. Belə ki, "Masdar Energy" şirkəti insanlardan "investisiya" cəlb edir, həmin vəsaitlər günəş və küləkdən elektrik enerjisi istehsalı layihələrinə "yatırılır" və əldə edilən mənfəətdən "investorlara" gəlir ödənilir. Əslində "masdarenergy.net" domeni üzərindən piramida mexanizmi yaradılıb - layihəyə yeni qoşulanlardan əldə edilən pul əvvəl qoşulanlara qazanc olaraq ödənilir və məlumatsız insanlar şirnikləndirilir. Eyni zamanda, maliyyə piramidası fırıldaqçısının (bunlara sistemin adminləri deyilir) balansında da vəsait yığılır. Balansa yığılan vəsait hədəflənmiş səviyyəyə çatdıqdan sonra piramidanın admini sistemi söndürəcək və qazananlardan çox itirənlər olacaqdır.
Qeyd edək ki, "Masdar Energy" fırıldağı Azərbaycan hökumətinin rəsmilərinin “Masdar” şirkətilə müqavilələr imzalanan zaman çəkilmiş fotoları ilə təqdim olunur. Bu fotlar "qurbanlara" göstərilərək layihənin dövlət səviyyəsində bir layihə olduğu təəssüratı yaradılır.
Fırıldaq mexanizm ilə 3 paket təqdim edilir: "VİP 1", "VİP 2" və "VİP 3". Paketlərin qiymətləri müvafiq olaraq 5 AZN, 50 AZN və 150 AZN-dir.
Qaydalara görə, 15 manat yatırım ilə 1 həftədə 4 manat, 50 manat yatırım ilə 15 manat, 150 manat yatırım ilə 50 manat gəlir əldə etmək mümkündür.
"Telegram"da "İnvestisiya" adı altında qruplar yaradılaraq "Masdar Energy" piramidası daxil olmaqla bir çox piramidalar reklam edilir. Hazırda məşhurlaşmış fırıldaqçılıq üsullarından biri də "İnst Power"dir. Bu pramidaya görə, "İnstower" adlı şirkət cəlb etdiyi yatırımları "Power bank" istehsalı və "paylaşılması" biznesinə yönəldir və əldə etdiyi gəlirdən "sərmayəçilərə" mənfəət ödəyir. Verilən məlumatlara görə, "İnst Power" pramidası artıq "doyub", ən qısa müddətdə piramidanın adminlərinin sistemi söndürərək "qeybə çəkiləcəkləri" gözlənilir.
Həmçinin, "Youtube" platformasında kanallar yaradılaraq bu piramidalar geniş reklam edilirlər. Platformaya yüklənən videolarda bu piramidalara qoşulmaq, "yatrım etmək" və pulu çıxartmaq yolları öyərdilir.
Qeyd edək ki, maliyyə pramidası fırıldaqçıları insanlarda dövlət qurumlarına qarşı inanmsızlıq da yaratmış ola bilərlər. Məsələn, iddia olunur ki, "bu piramidalar Bakının polisi tərəfindən yoxlanılıb, onlar bu biznesdən razı qalıblar və fəaliyyətlərinə icazə veriblər".
Ümid edirik ki, müvafiq rəsmi qurumlar vətəndaşların vəsaitlərini ələ keçirən və dövlətə qarşı inamsızlıq yaradan bu fırıldaqçıları tezliklə ifşa edəcək və cazalandıracaqdır.
"Masdar Energy" fırıldağından görüntülər:
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 34 d. əvvəl
-
- 42 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)




.jpg)






.jpg)





