970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Sumqayıt Kimya Sənaye Parkında bu il daha bir müəssisənin tikintisi yekunlaşmaq üzrədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıt Kimya Sənaye Parkında bu il daha bir müəssisənin tikintisi yekunlaşmaq üzrədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Novus Plastica” MMC-nin Polimer materialların emalı müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir.

Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, müəssisənin investisiya dəyəri 11 milyon manatdan çoxdur.

Reklam_3_11

Layihə üzrə indiyədək görülən işlərə artıq 7,8 milyon manatdan artıq sərmayə qoyulub və işlərin təqribən 70 faizi tamamlanıb. 50-dək insanın daimi işlə təmin ediləcəyi müəssisədə iki növdə – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə ediləcək polietilen örtüklərin - məhsul istehsalı həyata keçiriləcək.

İtaliyanın qabaqcıl texnologiyalarının tətbiq olunacağı müəssisədə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyə, MDB ölkələrinə ixracı da planlaşdırılır.

Müəssisənin 2023-cü ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, “Novus Plastica” MMC-yə 2020-ci ilin avqust ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

 

Novus Plastica
20.02.2023 15:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18