Fermerlər Şurasının növbəti toplantısı keçirilib
Fermerlər Şurasının növbəti toplantısı keçirilib.
Toplantıda Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, tabeli qurumların rəhbərləri, Fermerlər Şurasının üzvləri iştirak ediblər.
Fermerlər Şurası Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərir. Şuranın tərkibinin üçdəbir hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir. Hazırda Fermerlər Şurasında ölkənin 15 bölgəsindən taxılçılıq, pambıqçılıq, tütünçülük, meyvəçilik, heyvandarlıq, arıçılıq, toxumçuluq və digər sahələr üzrə fəaliyyət göstərən qabaqcıl fermerlər təmsil olunurlar.
İclası giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, ötən il Azərbaycanda aqrar sahədə 3,4 faiz artım qeydə alınıb. Nazir kənd təsərrüfatı fəaliyyətinin təşkilində tətbiq olunan yeniliklərə toxunub, aqrar sektorda artım tempinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Fermerlər Şurasının üzvləri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, baramaçılıq, toxumçuluq, intensiv bağçılıq və heyvandarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Görüşdə məhsuldarlığın yüksək olması üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin dincə qoyulması, aqrokimyəvi analizinin aparılması, mineral gübrə, dərman və pestisidlərdən düzgün istifadə, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılması və digər mövzular müzakirə olunub.
Toplantıda bölgələrdə fermerlər arasında maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, mineral gübrələr, toxum və texnika ilə təminat, subsidiyaların verilməsi, güzəştli kreditlərin verilməsi, aqrar sığortanın tətbiqi, suvarma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Fermerlər Şurası üzvlərinin təklifləri qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
- 1 saat əvvəl
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
20 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 21 saat əvvəl
-
22 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
23 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

























.jpg)


