Xalq Bankdan korporativ müştərilərə tenderdə iştirak etmək üçün təminatsız qarantiya
(®️) Ticarətin maliyyələşdirilməsi sahəsində böyük təcrübəyə malik olan Xalq Bank korporativ müştərilərə və sahibkarlara müxtəlif sənədli əməliyyatları təklif edir.
Bu məhsullar müştəri üçün yeni bazara çıxışın əldə edilməsi, yerli və xarici ticarətdə risklərin azaldılması və ödəniş təhlükəsizliyinin təmin edilməsi aləti olmaqla yanaşı, həm də üçüncü şəxslər qarşısında öhdəliklərin icrasının təminatı kimi çıxış edir.
Təminatsız tender qarantiyası Bankın həm cari müştərilərinə, həm də Xalq Bank müştərisi olmaq istəyən sahibkar və hüquqi şəxslərə təqdim edilir. Təminatsız qarantiyanın məbləği Bankın yeni müştəriləri üçün 10 000 AZN məbləğinə qədər, Bankla əməkdaşlıq tarixçəsinə malik olan müştərilər üçün isə biznesin aylıq dövriyyəsinə əsasən hesablanır. Qarantiyanın verilməsi üçün müştəridən heç bir girov təminatı tələb edilmir. Bununla, müştəri Bankdan əlverişli şərtlərlə tender qarantiyasını əldə edərək onu qarşı tərəfə təqdim edir və istədiyi layihədə rahatlıqla iştirak etmək üçün imkan qazanır.
Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq banklarla sıx əməkdaşlıq əlaqələri olan Xalq Bank yerli bazardan əlavə olaraq beynəlxalq ticarətin maliyyələşdirilməsi üçün xarici valyutada müxtəlif növ qarantiya və akkreditiv məhsullarını təklif edir.
Xalq Bank ölkə ərazisində 30 filialı ilə müştərilərin xidmətindədir. Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bank filiallarında, rəsmi Facebook və Instagram səhifələrindən, bundan əlavə www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 d. əvvəl
- 34 d. əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
19 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
21 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 21 saat əvvəl