Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İslam İnkişaf Bankı Qrupunun prezidenti Sumqayıt Kimya Sənaye Parkında olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
İslam İnkişaf Bankı Qrupunun prezidenti Sumqayıt Kimya Sənaye Parkında olub

Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Sumqayıt Kimya Sənaye Parkına səfər edib. 

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkəmizdə mövcud sənaye zonaları və aqroparklar, burada həyata keçirilən investisiya layihələri barədə məlumat verib, sənaye zonaları və aqroparkların təqdimatı nümayiş etdirilib.

Reklam_3_11

Görüş çərçivəsində İslam İnkişaf Bankının sənaye zonalarında həyata keçirilən layihələrə cəlb edilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Sonda Məhəmməd Süleyman Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC-nin Polad boru, “STP” MMC-nin Kabel zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.

İqtisadi Zonaların İnkişafı Agentliyi
01.03.2023 14:37

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ