Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“PAŞA Bank” ABA tərəfindən 5 nüfuzlu mükafata layiq görülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank” ABA tərəfindən 5 nüfuzlu mükafata layiq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən "Bankçılıq mükafatları" müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.

Belə ki, ölkədə bank sektorunun bütün iştirakçıları arasında keçirilən müsabiqədə maliyyə institutlarının 2022-ci il üzrə fəaliyyət nəticələri qiymətləndirilib.

Assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən “PAŞA Bank” 5 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb.

Belə ki, Bank, “Korporativ sosial məsuliyyət", “Ən fəal maliyyə savadlılığı dəstəkçisi", "Nağdsız ödənişlərin təşviqi sahəsində fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə layihələr" və "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri" istiqamətlərində qalib seçilib.

Xatırladaq ki, “PAŞA Bank”, ötən illərdə də ABA tərəfindən “Korporativ sosial məsuliyyət”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması", “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” və bir sıra başqa nominasiyalarda qalib olaraq fərqləndirilib.

Bankçılıq-mükafatları PAŞABank
02.03.2023 08:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ