Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Qırğızıstan mülki aviasiya sahəsində əməkdaşlığı müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Qırğızıstan mülki aviasiya sahəsində əməkdaşlığı müzakirə edib

Ölkələr arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığın məqsəd və vəzifələri AZAL-ın prezidenti Cahangir Əsgərovla Qırğızıstan Baş nazirinin müavini Bakıt Torobayev arasında keçirilən görüşdə müzakirə olunub.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, tərəflər əməkdaşlığın səmərəliliyinin artırılması ideyalarını müzakirə edib, həmçinin ölkələr arasında hava əlaqələrinin açılması üçün müəyyən tədbirləri təyin edib.

Reklam_3_11

Cahangir Əsgərov qeyd edib ki, aviasiya sahəsində səmərəli əməkdaşlıq ölkələr arasında qarşılıqlı münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, onların iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafına töhfə verəcək.

Bakıt Torobayev Azərbaycanın mülki aviasiya sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və bu sahədə ölkələr arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Onun sözlərinə görə, tərəfdaşlıq ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcək.

02.03.2023 10:41

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ