Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda islam bankçılığının tətbiqi üçün görülməli işlər məlum olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda islam bankçılığının tətbiqi üçün görülməli işlər məlum olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda islam bankçılığının tətbiqi üçün ilk növbədə qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var.

Bu qənaətə “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin “Azərbaycanda alternativ maliyyə və islam bankçılığı üzrə ehtiyacların qiymətləndirilməsi" layihəsi çərçivəsində keçirdiyi sorğudan sonra gəlinib.

Reklam_3_11

Sorğu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin elan etdiyi tender əsasında keçirilib və hesabat hazırlanıb. Sənəddə deyilir ki, "Banklar haqqında" qanuna "İslam banklarının fəaliyyətlərinin tənzimlənməsi" adlı yeni bölmə əlavə edilməlidir. Bu dəyişiklik fəaliyyətdə olan bankalara İslam bankçılığı məhsulları təqdim etməyə imkan verər.

Bundan başqa, hesabata əsasən, dəyişiklər özündə islam banklarına dair tələbləri, islam maliyyələşdirilməsi üzrə fəaliyyət göstərəcək Şuranın (Şəriət Şurasının) formalaşması prinsiplərini, hüquq və öhdəlikləri, islam banklarının fəaliyyət çərçivəsini, məhsul və xidmətlərinin çeşidini, xüsusiyyətlərini, ənənəvi bankın islam bankına çevrilməsi mexanizmlərini ehtiva etməlidir.

Həmçinin sorğu iştirakçıları təklif edib ki, islam bankçılığının ilkin dövrlərində əhalinin əmanətlərini bu maliyyə institutlarına cəlb etmək üçün dividend gəlirləri 5 il müddətinə vergidən azad edilsin, islam banklarının sərbəst fəaliyyəti üçün birgə müəssisələrin təşkili, birgə fəaliyyət üzrə öhdəliklərin formalaşması, payda iştirak və əldə olunan dividendlər üzrə gəlirlərin vergiyə cəlbi istiqamətində islahatlar aparılsın.

Hesabatda islam bankçılığı sahəsində peşəkar kadrların hazırlanması istiqamətində də bir sıra təkliflər var. Həmin təkliflər aşağıdakılardır:

- Azərbaycanda maliyyə və bank işi ixtisasları üzrə kadr hazırlığını həyata keçirən ali məktəblərin bakalavr və magistr pillələrində islam bankçılığı üzrə dərsləri seçmə və yaxud məcburi fənn kimi kurikuluma salmaq;

- islam bankçılığı üzrə beynəlxalq sertifikat proqramlarının alınması üçün kadrların əlçatanlığını asanlaşdırmaq;

- yerli ictimai birliklər, sahibkar assosiasiyaları vasitəsilə İslam bankçılığı üzrə təlimlər təşkil etmək.

© Report

islam-bankçılığı
02.03.2023 14:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ