"PAŞA Kapital” 100 milyon dollarlıq istiqrazların emissiyasını uğurla həyata keçirdi
On ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamlayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən buraxılan, hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları, ümumi məbləği isə 100 000 000 (yüz milyon) ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi 3 mart 2023-cü il tarixində uğurla başa çatmışdır.
“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçirilmiş yerləşdirmədə 125 investor iştirak etmişdir. Sifarişlərin ümumi məbləği 113 997 000 ABŞ dolları təşkil etmişdir ki, bu da təklif olunan istiqrazların həcmindən 14 faiz çoxdur.
Xatırladaq ki, ASCO tərəfindən təklif olunan istiqrazlara abunə yazılışı 29 dekabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər davam etmişdir. Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 faiz, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 faiz təşkil etmişdir.
Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazları abunə yazılışı dövründə əldə edə bilməyən şəxslər təkrar bazardan əldə edə bilərlər. ASCO istiqrazları üzrə faiz (kupon) ödənişləri 3 mart 2023-cü il tarixindən hesablanmağa başlayacaqdır və ildə iki dəfə 6 aydan bir ödəniləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)


