Müdafiə Nazirliyi: Atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var
Ermənistan tərəfi növbəti dəfə təxribat törədib.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir:
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.
Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.
Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.
Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir.
Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur.
Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir.
Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir.
Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.
Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.
Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 14 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasında görüş keçirilib
-
29 d. əvvəl
Lombard şirkətinin istiqrazlarına 2 investor 2 sifariş təqdim edib
-
1 saat əvvəl
Aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlər aşkar edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İri şirkət müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verdi - 50 -DƏN ÇOX İŞÇİ TƏLƏB OLUNUR
-
2 saat əvvəl
Bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub
-
2 saat əvvəl
Azərbaycan və Tacikistan şirkətləri anlaşdılar - BAKIDA 8 SƏNƏD İMZALANDI
-
3 saat əvvəl
Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu
-
3 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 3 saat əvvəl